ƏLQUL – Persey bürcünün tutulan-dәyişәn β ulduzu. Parlaqlığının dәyişmәsini 1669 ildә italyan alimi C.Montanari kәşf etmiş vә ilk dәfә ingilis astronomu C.Qudrayk öyrәnmişdir. Bir cismin digәri ilә dövrü tutulmalarına dair Qudrayk hipotezi 1889 ildә Ə.-un spektral tәdqiqatları ilә tәsdiq olunmuşdur. Ə.-un parlaqlığı 2,2–3,5 vizual ulduz ölçüsü arasında dәyişir, dövrü 2,867 sutkadır. Günәşdәn mәsafәsi 29 pk-dir. Ə. sistemindә orbital dövri 1,86 il olan üçüncü ulduz tәyin olunmuşdur. Parlaqlığının dәyişmә әyrisi Ə.-dakı kimi olan dәyişәn ulduzlar Əlqul tipli ulduzlar sinfinә aiddir.