ƏL-MORQÁN NEFT YATAĞI, Mor q a n – Misirdә iri dәniz neft yatağı. Süveyş körfәzi akvatoriyasında, Süveyş ş.-ndәn 220 km c.-da yerlәşir. Süveyş körfәzi neftliqazlı hövzәsinә daxildir. Sahәsi 46 km2. 1965 ildә kәşf edilmiş, 1967 ildәn işlәnilir. İlkin sәnaye ehtiyatı 210 mln. t-dur. 1156 – 1952 m dәrinlikdәki Miosen yaşlı qumdaşı neftlidir. Neftin sıxlığı 865–910 kq/m3-dir. Neft Ras-Şükeyr port-terminalına kәmәrlә ötürülür.