ƏLVAN METALLAR – bütün metal vә onların әrintilәrinin (qara metal adlandırılan dәmir vә onun әrintilәrindәn başqa) texniki adı. Fiziki vә kimyәvi xassәlәrinә, hәmçinin Yer qabığında yatım xarakterinә görә Ə.m. hәm dә qeyri-dәmir metallar adlanır. Texnikada müxtәlif әlamәtlәrinә görә aşağıdakı qruplara ayrılır: yüngül me tal lar (alüminium, maqnezium, titan, berillium, litium vә s.), ağır metallar (mis, nikel, kobalt, qurğuşun, qalay, sink vә s.), çәtinәriyәn metallar (volfram, molibden, niobium, tantal, xrom, zirkonium vә s.), nәci b, yaxud qiymәtli me tallar (qızıl, gümüş, platin vә platin fәsilәsi metalları), sәpәlәnmiş me t a l l a r (qallium, indium, tallium), nadir tor paq metallar (skandium, ittrium, lantan vә bütün lantanoidlәr), radioak tiv metallar (texnesium, fransium, radium, polonium, aktinium, torium, protaktinium, uran vә bütün transuran elementlәr). Mәhdud miqyasda istehsal vә istifadә olunan metallar nadir metallar adlanır. Bunlara sәpәlәnmiş, nadir torpaq vә radioaktiv metallar, çәtinәriyәn metalların çox hissәsi vә bәzi yüngül metallar aiddir.