ƏLVAN METALLÚRGİYA – әlvan metal filizlәrinin çıxarılması, zәnginlәşdirilmәsi, metalların emalı ilә әlaqәdar istehsalatı әhatә edәn metallurgiya elmi vә texnikası sahәsi; filizin çıxarılmasından hazır mәhsulun (metallar, әrintilәr, hәmçinin yarımkeçirici materiallar) alınmasına qәdәr bütün proseslәr Ə.m.-ya daxildir. Bunlarla yanaşı, istehsal edilәn kimyәvi birlәşmәlәr, mineral gübrә, tikinti materialları vә s. dә Ə.m. mәhsullarıdır. İstehsal kompleksi filizçıxarma müәssisәlәrindәn, filizsaflaşdırma f-klәrindәn, metallurgiya vә metal emalı z-dlarından ibarәtdir. Əlvan metal filizlәrinin çoxu kompleksdir, başqa faydalı qazıntılardan fәrqli olaraq onlarda qiymәtli komponentlәrin miqdarı azdır. Filizlәrin emalı kombinәedilmiş, çoxmәrhәlәli texnoloji sxemlә aparılır. Filizlәr, әsasәn, flotasiya üsulu ilә zәnginlәşdirilir (saflaşdırılır). Zәnginlәşdirmәdә alınan tullantılar çox vaxt tikinti materialları vә s. istehsalında xammal kimi işlәdilir. Ə.m.-da xammalın emalının aztullantılı vә ya tullantısız texnologiyalarına üstünlük verilir.
Azәrb. әrazisindә Gәdәbәy mis yatağından qәdimdәn istifadә edilir. 1636 ildә Azәrb.-da olmuş alman sәyyahı vә alimi Adam Oleari Gәdәbәy vә Daşkәsәn yataqlarında mis vә dәmir filizi çıxarıldığı barәdә mәlumat vermişdir. 1883 ildә tikilmiş Qalakәnd misәritmә z-dunda elektroliz üsulu ilә qara misdәn tәmiz mis, habelә tәrkibindә gümüş vә qızıl olan ovuntu alınırdı. 1887 ildә Gәdәbәy mis istehsalına görә Rusiyada birinci yerә çıxmışdı. Azәrb.-nın Ə.m. sәnayesinә Zәylik filiz (alunit) idarәsi (Daşkәsәn), Gәncә alüminium oksidi z-du, Sumqayıt alüminium z-du, bir sıra digәr alüminium z-dları vә Filizçay kolçedan-polimetal yatağı (Balakәn) filizlәrini emal edәn z-dlar vә s. daxildir. Z-dlarda yeni texnologiya ilә alüminium oksidindәn başqa kalium-sulfat (gübrә), tullantıdan su koaqulyantı, soda, elementar kükürd, tökmәdә vә tikinti materialları istehsalında istifadә olunan kvars qumu da alınır. Gәncә z-dunun istehsalat tullantısı әlverişli tikinti materialı kimi vә digәr mәqsәdlәrlә işlәdilir.