ƏLVAN ŞİRAZİ (tәqr.1377–1426) – türk şairi, mütәfәkkir, tәrcümәçi. Hәyatı haqqında mәlumat azdır. Anadoluya köçәn iranlı ailәsindә doğulmuşdur. Divan şeiri estetikasının hәlә tәşәkkül tapmadığı dövrdә yaşayan Ə.Ş.-nin şeirlәri sadә türk dilindә yazılmışdır. Ona әn çox şöhrәt qazandıran 1426 ildә tamamladığı M.Şәbüstәrinin “Gülşәni-raz” әsәrinin tәrcümәsi olmuşdur. 3000 beytlik әsәrin 999 beyti M.Şәbüstәrinin, qalanı isә Ə.Ş.-nindir. Şәbüstәrinin әsәrindәki suallara ayә vә hәdislәrlә cavab verәn şair әsәrin anlaşılmasını asanlaşdırmış, bununla da, ilk dәfә olaraq, tәsәvvüf simvolizmini türk әdәbiyyatına gәtirmişdir.
“Tәrcümeyi-gülşәni-raz” divan şeirinin inkişafında mühüm rol oynamışdır. Müxtәlif kitabxanalarda әsәrin bir çox әlyazma nüsxәsi saxlanılır.