ƏLYARBƏYOV Tәrlan bәy Abdulla bәy oğlu (28.11.1892, Şamaxı – 15.2.1956, Bakı) – Azәrb. hәrbi xadimi, gen.-m. (9.2. 1944). Tiflisdә Mixaylovsk hәrbi mәktәbini bitirmişdir (1914). Birinci dünya müharibәsindә (1914– 18) 205-ci Şamaxı piyada alayı tәrkibindә rota vә batalyon komandiri olmuş, alman cәbhәsindә döyüşlәrdә iştirak etmişdir. AXC ordusu yaradılmağa başlayan zaman әvvәlcә piyada alayında xidmәt göstәrmiş, sonra isә Bakı ş. vә onun r-nlarının hәrbi rәisi (podpolkovnik rütbәsindә) tәyin olunmuşdur. 1923–29 illәrdә Azәrb. SSR hәrbi komissarının kömәkçisi vә әrazi idarәsinin rәisi vәzifәsindә çalışmışdır. M.V.Frunze ad. Hәrbi Akademiya yanında Ali komanda heyәti kursunu bitirmişdir (1927). 1930–38 illәrdә Cәnubi Qafqazın müxtәlif ali (1932 ildә Azәrb. Neft İn-tunda, 1934 ildә Azәrb. Kәnd Tәsәrrüfatı İn-tunda) vә hәrbi mәktәblәrindә işlәmiş, milli hәrbi kadrların hazırlanmasında böyük rolu olmuşdur. M.V.Frunze ad. Hәrbi Akademiyanı bitirmişdir (1941). Ə. Böyük Vәtәn müharibәsi illәrindә 416cı atıcı diviziyanın komandiri, Azәrb. SSR xalq maarif komissarının müdafiә işlәri üzrә müavini, 402-ci atıcı diviziyanın komandanı, 58-ci korpusun komandir müavini, 1946–48 illәrdә Azәrb. SSR maarif nazirinin müdafiә işlәri üzrә müavini olmuşdur. Ə. 1948 ildә istefaya çıxmışdır. Azәrb. SSR Ali Sovetinin (2-ci çağırış) deputatı olmuşdur. Lenin ordeni, “Qırmızı Bayraq”, “Qırmızı Ulduz” ordenlәri ilә tәltif edilmişdir. Ə.-un adına Şamaxı vә Bakıda küçә var.