ƏLYAZMALAR İNSTİTUTU, AMEA M. Füzuli ad. Əlyazmalar İn-tu – Azә vә Şәrq ölkәlәrinә aid qәdim, nadir әlyazmalar saxlanılan vә tәdqiq edilәn elmi idarә. 1928 ildә tәsis edilmiş Əlyazmalar Fondu Azәrb. Tarixi Muzeyinin, Azәrb.-ı Tәdqiq vә Tәtәbbö Cәmiyyәtinin, SSRİ EA Zaqafqaziya vә Azәrb. filialı Şәrq kitabxanasının, Nizami ad. Ədәbiyyat vә Dil İn-tunun şöbә-si kimi fәaliyyәt göstәrmişdir. 1950 ildә Azәrb. EA nәzdindә Əlyazmalar Fondu yaradılmış, 1986 ildә in-ta çevrilmişdir. 1996 ildә in-ta M. Füzulinin adı verilmişdir. 13 şöbәsi (türkdilli әlyazmalar, farsdilli әlyazmalar, әrәbdilli әlyazmalar, şәxsi arxivlәrin tәdqiqi, elmi fondlar, beynәlxalq әlaqәlәr, multidistiplinar әlyazmalar vә çap kitabları, kitabşünaslıq vә biblioqrafiya, әlyazmaların elmi ekspozisiyası vә tәqdimi, elektron resurslar, kitabxana vә elmi informasiya, tәhsil, ictimaiyyәtlә әlaqәlәr) vә 1 laboratoriyası (әlyazmaların gigiyenası vә bәrpası) var. İntun fәaliyyәti Azәrb. әdәbi vә elmi-ictimai fikrinin bizә gәlib çatmış maddi nümunәlәrinin (türkdilli, farsdilli, әrәbdilli әlyazmaların, daşbasma kitablarının, tarixi-arxeoqrafik sәnәdlәrin, şәxsi arxivlәrin) toplanması, sistemә salınması, kataloqlaşdırılması, qorunması, tәdqiqi, nәşrә hazırlanması vә tәbliği mәsәlәlәri ilә bağlıdır. Ə.İ. orta әsr elmlәrinin bütün sahәlәrinә – tibb vә astronomiya, riyaziyyat vә mineralogiya, poetika vә fәlsәfә, teologiya vә hüquqşünaslıq, qrammatika, tarix vә coğrafiya, bәdii nәsr vә poeziyaya aid Azәrb. türk, әrәb, fars vә s. dillәrdә 40 mindәn artıq tarixi sәnәd, nadir әlyazmalar kolleksiyası, qәdim çap kitabları vә s. malikdir.
М.Фцзули ад. Ялйазмалар Институту. Бакы.
İn-tda saxlanılan әn qәdim әlyazma 9 әsrә aid edilәn dәri üzәrindә yazılmış Quranın “Nisa” surәsinin bir hissәsidir. İn-tda Cövhәrinin “Sihah-ül-lüğә” (1117), Əbu Əli ibn Sinanın “Qanun fit-tibb” әsәrinin әn qәdim nüsxәsi (1141), Xaqani vә Nizaminin 15–16 әsrlәrdә üzü köçürülmüş nәfis, rәngli miniatürlü külliyyatları, N.Tusi, Nәsimi, Füzuli, Mütәnәbbi, Firdovsi, Xәyyam, Sәdi, Hafiz, Nәvai, Cami vә b. klassiklәrin әlyazma әsәrlәri saxlanılır; M.F.Axundzadә, A.A.Bakıxanov, C.Mәmmәdquluzadә, N.Nәrimanov, M.S.Ordubadi, C.Cabbarlı, S.Vurğun vә b.-nın arxivlәri, avtoqrafları mühafizә vә tәdqiq olunur.