ƏLYƏSƏ (әr. – ), Elişa, Yelisey (ivritcә yun. – Ἐλισσαῖος) (e.ә. 9 әsr) – peyğәmbәr, İlyas peyğәmbәrin şagirdi vә davamçısı. Quranda iki dәfә adı çәkilir (6:86, 38:48). Ə. haqqında әsas mәnbә Əhdi-әtiqdәki “1-ci Padşahlar” vә “2-ci Padşahlar” kitabıdır. Əhdi-әtiqә görә, Ə. Avel-Mexoladan olan Şafatın oğludur. Allah tәrәfindәn İlyas peyğәmbәrә xәlәf seçilmişdir (1 Pad. 19:16). İlyas peyğәmbәrin meracının (alovlu araba ilә әrşә qaldırılmasının) yeganә şahidi olan Ə. bu hadisәdәn bir az әvvәl onun ruhundan pay istәmişdir. Meracdan sonra Ə. onun yerә düşәn cübbәsini götürәrәk, Yerixoda qayıtmış vә peyğәmbәrlik missiyasına başlamışdır (2 Pad. 2:8–14). “2-ci Padşahlar” kitabında Ə.-nin yararsız suyu pak etmәsi, quraq Edom çöllәrini suvarması, zәhәrli yemәyi tәmizә çıxarması, cüzzamlı xәstәni sağaltması vә s. möcüzәlәri, elәcә dә bir sıra öncәgörmәlәri (Aram padşahının ölümü, İsrail kralı Axab vә nәslinin yox olacağı vә s.) nәql olunur. Ə. kral Yoaşın dövründә xәstәlәnmiş vә vәfat etmişdir (2 Pad. 13:14–20).