Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMALİQLƏR

    ƏMALİQLƏR – qәdim samidilli xalq. Ə. haqqında mәlumata Tövratda  vә e.ә. 15–12 әsrlәrә aid Misir abidәlәrindә rast gәlinir.  Tövrata görә, dünyanın әn qәdim xalqı olan (Saylar 24:20) Ə. Edom әrazisindә (Sina y-a-nın şm.-ında, Ölü dәnizlә Əqәbә körfәzi arasında) yaşamış, yarımköçәri hәyat sürmüşlәr. Ə.-in әcdadı İshaq peyğәmbәrin nәvәsi Elifazın oğlu Əmaleqdir (1-ci Salnamәlәr 1:36). Tövratda Ə. ilә bağlı ilk qeyd İbrahim peyğәmbәrin dövrünә (tәxm. e.ә. 2-ci minilliyin ilk rübü) tәsadüf edir. İsrail xalqı ilә Ə. arasında әzәli düşmәnçilik münasibәtlәri israillilәrin Musa peyğәmbәrin başçılığı ilә Misiri tәrk edib Refidimә (Sina d.-ndan q.dә) çatdıqda, Ə.-in hücumuna mәruz qalmaları ilә başlamışdır (Çıxış 17:8–16). İsraillilәrlә toqquşmalar zamanı Ə. qadınlara vә uşaqlara toxunmasa da (1-ci Şamuel 30:2), uzun sürәn münaqişәlәrdәn sonra e.ә. 11 әsrin son rübündә ilk İsrail hökmdarı Talut Ə.-i “südәmәr körpәlәrәdәk” qılıncdan keçirmişdi (1-ci Şamuel 15:3). Sonralar Ə. Davud tәrәfindәn mәğlub edilmişdi. Sonuncu qruplarını isә Xizqiyanın hakimiyyәti dövründә İsrail xalqından olan şimeonlular qırmışlar (1-ci Salnamәlәr 4:43).

    Müsәlman mәnbәlәrinә görә, әrәblәrin әcdadı sayılan Ə. әvvәllәr Babil әtrafında yaşamış, Babil qüllәsi dağıldıqdan sonra Hicaza köç etmiş, oradan isә Nәcd, İraq, Suriya, Fәlәstin, Misir vә s. әrazilәrә yayılmışlar. İnsanların dili müxtәliflәşdikdәn sonra Ə. әrәb dilindә danışmağa başlamışdılar (bax Babil qüllәsi). Tәqr. e.ә. 9 әsrә aid Aşşur mixi yazılarında ilk dәfә adıçәkilәn aribuların (әrәblәrin), Tövratda Ə. kimi dәvә üzәrindә tәsvir olunması әrәblәrlә Ə. arasında bağlılıq ehtimalına әsas verir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç