ƏMANƏTİN VƏRƏSƏLƏNMƏSİ – әmanәtçinin vәfatından sonra әmanәtin vәsiyyәt vә ya qanun әsasında varisә keçmәsi. Şәxsi hesab kartında, bankın adına notariusda tәsdiq olunmuş ayrıca bir әrizәdә, notariusda, yaxud notariusa bәrabәr orqanda tәrtib olunmuş vәsiyyәtnamәdә hәr hansı şәxsin xeyrinә әmanәt haqqında sәrәncam verilәn şәxs әmanәtçi varis sayılır. Vәsiyyәt olunmamış әmanәtlәri bank tәyin olunmuş hüquqi qaydada varislәrә verir. Əgәr vәfat edәn әmanәtçinin varisi yoxdursa, onun әmanәti dövlәtin miras hüququ haqqında notarius kontorunun şәhadәtnamәsinә әsaslanan maliyyә orqanın yazılı tәlәbi üzrә büdcә gәlirlәrinin hesabına keçir. Belә әmanәt vәrәsәsiz әmanәt adlanır.