ƏMANƏTLƏR (ing. savings) – xarici dәrsliklәrdә Ə. vergi ödәnildikdәn sonra qalan, istehlak mallarının alınmasına xәrclәnmәmiş gәlir kimi izah olunur; vergi ödәnildikdәn sonrakı gәlirdәn şәxsi istehlak xәrclәrinin çıxılmasına bәrabәrdir. Ə. gәlirin investisiyaya qoyula bilәn (vә ya artıq qoyulmuş) hissәsidir. Nәticә etibarilә Ə. yalnız çek kitabçası, әmanәt hesabı, depozit şәhadәtnamәsi vә ya istiqraz vәrәqәsi deyil, istehlakçının istәklәrini tәmin edәn әmtәә vә xidmәtlәrdir. Göstәrilәn mәnbәlәrdә Ə.-ә orta meyillilik vә Ə.-ә son hәdd meyilliliyi fәrqlәndirilir. Birinci halda Ə.-in gәlirә nisbәti anlaşılır, faizlәrlә ifadә olunur. İkinci halda Ə.-dә baş verәn istәnilәn dәyişikliyin onun yaranmasına sәbәb olan gәlirdәki dәyişikliyә nisbәti götürülür.