ƏMARƏ, Əl-Əmarә (әr. ) – İraqın c.-ş.-indә şәhәr. Meysan mühafazasının inz. m. Əh. 511,5 min (2012). 1860-cı illәrdә Mәrkәzi vә Cәnubi İraqdakı әrәb tayfalarına nәzarәt etmәk mәqsәdilә Osmanlı imperiyasının hәrbi düşәrgәsi kimi salınmışdır. Birinci dünya müharibәsi zamanı Britaniya qoşunları tәrәfindәn işğal olunmuşdur (1915). İran–İraq müharibәsi (1980–88) zamanı Bağdad–Bәsrә strateji mәntәqәsini yarmağa çalışan İran ordusu tәrәfindәn çoxsaylı hücumlara mәruz qalmışdır. Körfәz müharibәsi (1991) zamanı Sәddam Hüseynә qarşı üsyan qaldırmış şәhәrlәrdәn biri olmuşdur. S.Hüseyn Ə. әtrafındakı bataqlıqları qurutmuş, şәhәr әtrafına sәdd çәkdirәrәk regiona su verilmәsi cәhdlәrinin qarşısını almışdır. 1990-cı illәr әrzindә şәhәr әhalisi qaçqınlar hesabına artmışdır. Ə. hәmçinin Müqtәda әs-Sәdri dәstәklәmişdir. 1999 ilin mayında baş verә bilәcәk üsyanların qarşısını almaq mәqsәdilә regiona BƏƏS (Ərәb Sosialist Dirçәliş Partiyasının) qoşunları vә Respublika qvardiyası bölmәlәri yerlәşdirilmişdi. 2003 ildә koalisiya qüvvәlәrinin İraqa basqını zamanı Ə. yenidәn S.Hüseynә qarşı müqavimәt hәrәkatının mәrkәzi olmuş, lakin şәhәr Britaniya qoşunları tәrәfindәn işğal olunduqdan sonra ingilis әsgәrlәrinә qarşı mübarizә aparmışdır. 2006 ildәn şәhәr Müqtәda әsSәdrin Mehdi ordusu ilә Bәdr tәşkilatı dәstәlәri arasında mübarizә meydanına çevrilmişdir. 2008 ildә İraq ordusu ABŞ vә B.Britaniya hәrbi birlәşmәlәrinin kömәyilә Ə.-dә silah qaçaqmalçılığının qarşısını almaq vә şәhәrә nәzarәtini bәrpa etmәk mәqsәdilә xüsusi әmәliyyat keçirmişdir.
Teatr, muzey vә bir neçә klub fәaliyyәt göstәrir. Şәhәrin yaxınlığında aeroport yerlәşir. Ə. Bağdaddan c.-da Dәclә çayının üzәrindә yerlәşәn әsas ticarәt vә k.t., maldarlıq, yun vә dәri mәmulatlarının istehsalı mәrkәzidir. Ə.-dә toxuculuq vә gümüş mәmulatlar istehsalı var.