ƏMBƏRÇAY – Azәrb. Resp. Qax r-nunun Əmircan ә.d.-ndә kәnd. R-n mәrkәzindәn 5 km c.-da, Baş Qafqaz silsilәsinin әtәyindәdir. Əh. 574 (2015); әkinçilik vә heyvandarlıqla mәşğuldur. Ümumi orta mәktәb, uşaq bağçası, klub, kitabxana, feldşer-mama mәntәqәsi var. Kәnddәn 1 km q.-dә 11–14 әsrlәrә aid Qaraul yaşayış yeri, 18 әsrә aid mәscid vә Qurmux kilsәsi mövcuddur.