Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏK BİRJASI

    ƏMƏK BİRJASI (ing. labour exchange, alm. Börse der Arbeitskrafte) – iş qüvvәsinin alqı-satqısı hәyata keçirilәn zaman muzdlu işçilәr vә işәgötürәnlәrarası münasibәtlәrdә vasitәçi xidmәtlәri göstәrәn dövlәt tәşkilatı. 19 әsrin 1-ci yarısında Almaniya vә İngiltәrәdә, daha sonra Fransada vә digәr ölkәlәrdә yaranmışdır.

    Bir çox ölkәlәrdә Ə.b. tәşkilat olaraq cәmiyyәt, kontor, bürolar vә s. şәkildә rәsmilәşdirilir. İşsizlәrin işlә tәminatına xidmәt göstәrilmәsi; işin dәyişdirilmәsinә yardım; iş qüvvәsnә tәlәbat vә onun tәklifinin araşdırılması; peşә, ixtisas vә ölkәnin regionlarına görә  mәşğulluğun  dәrәcәsi haqqında mәlumatın toplanılması, tәhlili vә verilmәsi; gәnclәrin peşәlәr üzrә istiqamәtlәndirilmәsi; әlillәrin yenidәn öyrәdilmәsi vә işlә tәmin edilmәsinin tәşkili; işsizlik üzrә maddi yardımın verilmәsi vә s. Ə.b.nın әsas funksiyalarıdır.

    Ə.b. işsizliyi aradan qaldırmır, amma muzdlu iş qüvvәsinin işlә tәmin edilmәsi prosesinin normaya salınmasına imkan yaradır, işәgötürәnlәrә (hәm şәxsi, hәm dövlәt) isә  iş  qüvvәsinin daha  effektiv  işә götürülmәsinin tәşkilinә kömәk edir. Ə.b. vasitәsilә dövlәt әmәk bazarına tәsir edәrәk, işәdüzәlmә prosesini tәnzimlәyir (bax Birja).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç