Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏK DƏYƏR NƏZƏRİYYƏSİ

    ƏMƏK DƏYƏR NƏZƏRİYYƏSİ (ing. labour theory of cost) – nemәtin dәyәrini vә substansiyasını onun istehsalına sәrf olunmuş әmәklә müәyyәn edәn nәzәriyyә. Klassik iqtisadçılar (әsasәn, A.Smit vә D.Rikardo) vә K.Marks tәrәfindәn işlәnibhazırlanmışdır.

    Ə.d.n. natamam şәkildә kapitalizmin manufaktura mәrhәlәsindә (ilk dәfә 17 әsrin 2-ci yarısında İngiltәrәdә), әmtәә dәyәrinin mәnbәyi baxımından әmәk fәaliyyәtinin (merkantilistlәr – ixracat vә dövriyyә sferasında; U.Petti – nәcib metallar istehsalında; fiziokratlar – k.t.-da) bu vә ya digәr formasını nәzәrdә tutan burjuaziya siyasi iqtisadiyyatının әsasında yaranmışdır. A.Smitә görә, istәnilәn materialın istehsalı zamanı (xüsusilә k.t.-nda, daha sonra sәnaye vә ticarәtdә) dәyәr yaranır. D.Rikardo hәr hansı material istehsalı sahәsindә yaradılmış  әmtәәnin dәyәrini onun istehsalına sәrf olunmuş әmәyin hәcmi ilә müәyyәn edirdi, bununla yanaşı, o, mücәrrәd (abstrakt) vә konkret әmәk arasında fәrq qoymurdu. İqtisadi düşüncә tarixindә әmәyin ikili xarakteri fikrini ilk dәfә K.Marks irәli sürmüş vә nәticәdә әmәyin dәyәr nәzәriyyәsini işlәyib-hazırlamışdır. Onun fikrinә görә, dәyәr üç tәrkib hissәdәn – daimi kapital, dәyişәn kapital vә әlavә dәyәrdәn ibarәtdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç