ƏMƏK GİGİYENASI, peşә gigiyenası – gigiyenanın bir bölmәsi; әmәk şәraitini vә xarakterini, onların insan sağlamlığına vә funksional vәziyyәtinә tәsirini öyrәnir, istehsalat mühiti amillәrinin vә әmәk proseslәrinin işçilәrә zәrәrli vә tәhlükәli tәsir profilaktikasının elmi әsaslarını vә әmәli tәdbirlәrini hazırlayır. Ə.g.-nın elmi araşdırmaları aşağıdakı әsas istiqamәtlәr üzrә aparılır: әmәk proseslәrinin fiziologiyası, onların orqanizmә tәsiri, yorğunluğun qarşısının alınması vә әmәk mәhsuldarlığını yüksәltmәk üçün tәdbirlәrin işlәnib-hazırlanması; sәnaye toksikologiyası; nәzarәt üsullarının hazırlanması vә s. Ə.g.-nın әsas vәzifәlәrindәn biri peşә vә istehsalatla әlaqәdar xәstәliklәrin profilaktikası üzrә tәdbirlәrin işlәnib-hazırlanmasıdır. Ə.g. problemlәrinin tәdqiqat işlәri laborator vә tәbii şәraitdә aparılır.
Azәrb.-da Ə.g.-na dair elmi mәsәlәlәrlә Milli Elmi Tәdqiqat Tibbi Profilaktika İnstitutu mәşğul olur.