ƏMƏKHAQQININ “DƏMİR QANUNU” – orta әmәkhaqqının işçi qüvvәsinin yaşamını vә tәkrar istehsalını tәmin edәn xәrclәrin hәcmi ilә müәyyәn olunması. Alman sosioloqu Ferdinand Lassal (1825–64) tәrәfindәn yaradılmışdır.
Ə.“D.q.”-nun әsasında әmәk vә kapitaldan ibarәt olan mәhsulun qiymәtini formalaşdıran istehsal xәrclәri konsepsiyası durur. Bu nәzәriyyәyә әsasәn, işçilәrin әmәkhaqqı fiziki vacib olan yaşam vәsaitlәrinin (qida, geyim vә әmәkqabiliyyәtinin saxlanılmasına çәkilәn xәrclәr) minimumunun әtrafında tәzahür edir. Bu halda әgәr әmәkhaqqı yüksәldikcә, nikah vә doğum sayı çoxalır, işçilәrin sayı artır, bu onların әmәyinin tәklifinin ona olan tәlәbi üstәlәmәsinә gәtirib çıxarır. Nәticәdә, әmәkhaqqı aşağı düşür. Əmәkhaqqının lazımi sәviyyәdәn aşağı enmәsi doğumu azaldır, ölüm sayını artırır, işçi әmәyinin tәklifinin dәyişmәsi ilә әmәkhaqqının artması baş verir.