Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏK MƏCƏLLƏSİ

    ƏMƏK MƏCƏLLƏSİ – işçilәrlә işәgötürәnlәr arasında yaranan әmәk münasibәtlәrini, habelә onlarla müvafiq dövlәt hakimiyyәti orqanları vә hüquqi şәxslәr arasında hәmin münasibәtlәrdәn törәyәn digәr hüquq münasibәtlәrini tәnzim edәn sistemlәşdirilmiş qanunvericilik aktı. Azәrb. Resp.-nın Ə.M.-ndә (1.2.1999) fiziki şәxslәrin әmәk hüquqlarının vә bu hüquqların hәyata keçirilmәsini tәmin edәn qaydaların minimum normaları müәyyәn olunur. Ə.M. әmәk münasibәtlәrindә tәrәflәrin hüquq bәrabәrliyinin tәmin edilmәsi; mәnafelәrinin haqq-әdalәtlә vә qanunun aliliyinin tәmin olunması ilә qorunması; maddi, mәnәvi, sosial, iqtisadi vә digәr hәyati tәlәbatını ödәmәk mәqsәdilә әqli, fiziki vә maliyyә imkanlarından sәrbәst  istifadәnin  tәmin edilmәsi; әsasәn әmәk müqavilәsi (kontraktı) üzrә öhdәliklәrinin icrasına hüquqi tәminat yaradılması prinsiplәrinә әsaslanır.

    Ə.M. qanunvericiliklә müәyyәn edilmiş qaydada Azәrb. Resp.-nın müvafiq hakimiyyәt orqanlarının, fiziki vә hüquqi şәxslәrin tәsis etdiklәri mülkiyyәt vә tәşkilati-hüquqi formasından asılı olmayaraq, resp. әrazisindә yerlәşәn bütün müәssisәlәrdә, idarәlәrdә, tәşkilatlarda, elәcә dә müәssisә yaradılmadan işçilәrlә әmәk müqavilәsi bağlanmış iş yerlәrindә, hәmçinin onun hüdudlarından kәnarda fәaliyyәt göstәrәn Azәrb. Resp.-nın sәfirliklәrindә, konsulluqlarında, beynәlxalq sularda Azәrb. Resp.-nın bayrağı altında üzәn gәmilәrdә, şelf qurğularında vә s. iş yerlәrindә tәtbiq edilir. Azәrb. Resp.-nın xarici dövlәtlәrlә, beynәlxalq tәşkilatlarla bağladığı müqavilәlәrdә başqa hal nәzәrdә tutulmayıbsa, Ə.M. müvafiq xarici dövlәtlәrin, onların fiziki vә hüquqi şәxslәrinin, beynәlxalq tәşkilatların, elәcә dә vәtәndaşlığı olmayan şәxslәrin Azәrb. Resp.-nda tәsis etdiklәri vә qanunvericilikdә nәzәrdә tutulmuş qaydada dövlәt qeydiyyatına alınıb, fәaliyyәt göstәrәn iş yerlәrindә heç bir şәrt qoyulmadan tәtbiqi hәyata keçirilir. Ə.M. dövlәt qulluqçularına, habelә prokurorluq, polis vә digәr hüquq-mühafizә orqanlarının qulluqçularına onların hüquqi statusunu tәnzimlәyәn normativ hüquqi aktlarla müәyyәnlәşdirilmiş xüsusiyyәtlәr nәzәrә alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda hәmin qulluqçuların әmәk, sosial vә iqtisadi hüquqları bütünlüklә әhatә olunmayıbsa, Ə.M.-ndә nәzәrdә tutulmuş müvafiq normalar onlara tәtbiq edilir. Hәrbi qulluqçulara, mәhkәmә hakimlәrinә, Azәrb. Resp.nın Milli Mәclisinin deputatlarına vә bәlәdiyyәlәrә seçilmiş şәxslәrә, xarici ölkәnin hüquqi şәxsi ilә hәmin ölkәdә әmәk müqavilәsi bağlayıb, әmәk funksiyasını Azәrb. Resp.-nda fәaliyyәt göstәrәn müәssisәdә (filialda, nümayәndәlikdә) yerinә yetirәn әcnәbilәrә, podrat, tapşırıq, komisyon, müәlliflik vә digәr mülki-hüquqi müqavilәlәr üzrә işlәri yerinә yetirәn şәxslәrә Ə.M. şamil deyil.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç