Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏK MƏHSULDARLIĞI

    ƏMƏK  MƏHSULDARLIĞI  –  maddi nemәtlәrin vә xidmәtlәrin yaradılması prosesindә insan fәaliyyәtinin effektivliyi, mәhsuldarlığı. Mәhsul vahidinin istehsalına sәrf edilmiş vaxt vahidindә vә ya müәyyәn vaxt әrzindә buraxılmış mәhsulun kәmiyyәtindә ifadә olunur. Ə.m.-nın artırılmasını mәhsul vahidinin istehsalına sәrf edilmiş әmәyin azalması vә belәliklә dә, mәhsulun dәyәrinin aşağı düşmәsi ilә müәyyәnlәşdirmәk mümkündür. Ə.m.-nın artım tempi bir çox amillәrdәn asılıdır: 1) işçilәrin ixtisas sәviyyәsindәn; 2) elmin inkişaf dәrәcәsindәn vә onun texnoloji nailiyyәtlәrinin tәtbiqindәn; 3) istehsalın ixtisaslaşmasından, kooperativlәşmәsindәn   vә   hәcmindәn; 4) texniki vәsaitlәrin ölçüsündәn vә effektivliyindәn;  5)  tәbii  şәraitdәn.  Ə.m. göstәricisi  hesablananda  verilәn  müәssisәdә xalis vә ya yekun mәhsulun hәcmi işçilәrin orta sayına bölünür. Cәmiyyәt miqyasında ümumi Ə.m. milli gәlirin maddi istehsalda işlәyәn hәr bir işçiyә nisbәti kimi müәyyәn edilir. İctimai Ə.m.-nın inkişafı  ictimai  sәrvәtin  artması  vә  ölkә әhalisinin hәyat sәviyyәsinin yüksәlmәsindә mühüm әhәmiyyәtә malikdir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç