ƏMƏK MİQRASİYASI – әhali miqrasiyasının bir növü; iqtisadi, yaxud digәr sәbәbdәn iş yerini (peşәni) dәyişmәk mәqsәdilә müxtәlif yaşayış mәntәqәlәri, әrazi vә ölkәlәrarası әhalinin yerdәyişmәsi. Öl kәdaxili Ə.m., adәtәn, dövlәt tәrәfindәn birbaşa tәnzimlәnmir, işçinin öz hәyat keyfiyyәti vә sәviyyәsini yüksәltmәk sәyinә әsaslanan azad seçimi ilә şәrtlәnir; ölkә әhalisinin ümumi sayına deyil, yalnız onun yerlәşmә vәziyyәtinә tәsir göstәrir. İqtisadiyyatın dinamikliyi ilә әlaqәdar әhalisi çox vә mobilliyi yüksәk olan ölkәlәrdә daxili Ə.m. genişliyi ilә fәrqlәnir. Böhranlı әrazilәrin, yaxud iqtisadi sahәlәrin yaranması işçi qüvvәsinin ölkәnin bir regionundan digәrlәrinә kütlәvi şәkildә axın etmәsinә sәbәb olur vә iqtisadi inkişafa mәnfi tәsir göstәrir; bu zaman (xüsusi regionlara dәstәk proqramları vasitәsilә, müәssisәlәr, yaxud işçilәrin yerdәyişmәsi vә ixtisasını dәyişmәsi xәrclәrini qismәn vә ya tam ödәmәklә) dövlәtin müdaxilә edәrәk vәziyyәti tәnzimlәmәsi mәcburi hal alır.
X a r i c i Ə.m. milli, hәmçinin dünya iqtisadiyyatı üçün mühüm әhәmiyyәt kәsb edir. Müasir beynәlxalq Ə.m.-nın әsas hәrәkәtverici qüvvәlәri: әhalinin demoqrafik yaşlanması, texnoloji yeniliklәr, dünya iqtisadiyyatına inteqrasiyanın güclәnmәsidir. Müasir Ə.m.-nın transmilli xarakteri yalnız әmәk deyil, hәmçinin miqrantların sahib olduqları maliyyә, informasiya vә s. vәsaitlәrin mübadilәsinә gәtirir. 2015 ildәn başlayaraq inkişaf etmiş ölkәlәrdә әmәkqabiliyyәtli yaşa çatmış әhalinin sayı tәqaüdә çıxanlara nisbәtәn az olduğundan digәr ölkәlәrdәn miqrant işçi axınına tәlәbat artmışdır. Ölkә ÜDM-inin artması üçün pulköçürmәlәrdә vә orta milli gәlir sәviyyәsinin yüksәlmәsindә Ə.m. mühüm rol oynayır. Miqrantların pulköçürmәlәri 2013 ildә tәqr. 414 mlrd. dollar (BMT-nin mәlumatlarına әsasәn) tәşkil etmişdir; bu köçürmәlәri alan әn iri ölkәlәr arasında Çin, Hindistan, Meksika, Filippin, BƏƏ mühüm yer tutur.
Dünya iqtisadi tskillәri Ə.m.-na vә miqrasiya siyasәtinә böyük tәsir göstәrir. İnkişaf etmiş ölkәlәrdә Ə.m. siyasәtinin dәyişilmәsinә BMT nәzarәt edir, bu mәqsәdlә xüsusi tәdqiqatlar (World Population Policies) aparır. İnkişaf etmiş ölkәlәrlә inkişaf etmәkdә olan ölkәlәrarası Ə.m. bu ölkәlәr arasındakı ümumi әhali miqrasiyasının 40–50%-ini tәşkil edir. Miqrasiyanın inkişafının yalnız kәmiyyәti deyil, hәmçinin axının coğrafiyası genişlәnәrәk keyfiyyәt göstәricilәri dә dәyişir. 1970-ci illәrdә әmәk bazarının seqmentlәşdirilmәsi nәzәriyyәsi Ə.m.-nı inkişaf etmiş ölkәlәrin yerli әhalisinin istәmәdiyi mәnfi iş şәraitindә işlәmәyә razı olan xarici işçilәrә tәlәbatla izah edirdi, hazırda ölkәlәrarası rәqabәt ixtisaslı işçi qüvvәsinә artan tәlәbat ilә әlaqәdardır. 21 әsrin әvvәllәrindә işçi miqrantların sayı tәqr. 36–42 mln. nәfәrә çatırdı. 1990-cı illәrdә Ə.m. dünya iqtisadiyyatının qloballaşmasının mühüm aspektlәrindәn olmuşdur.
Ə.m. müvafiq siyasәt, qanunvericilik, milli, subregional vә qlobal sәviyyәdә miqrasiya proseslәrinin inzibati vә iqtisadi tәnzimlәmә, әmәk mühacirlәrinin sosial müdafiәsi sistemi dә daxil olmaqla müxtәlif tәdbirlәr vasitәsilә nizamlanır. Ə.m.-nın tәnzimlәnmәsi, әsasәn, inkişaf etmiş ölkәlәrdә immiqrantlar üçün müәyyәnlәşdirilmiş kvotalar sisteminә әsaslanır. Əmәk miqrantlarının hüquqlarını ölkәlәrarası ikitәrәfli sazişlәr, hәmçinin Beynәlxalq insan hüquqları deklorasiyası, Avropa sosial xartiyası, Beynәlxalq әmәk tәşkilatı konvensiyası vә digәr beynәlxalq konvensiya vә xartiyalar qoruyur. Bununla yanaşı, beynәlxalq sәnәdlәrdә ölkәyә giriş üçün universal hüququn olmaması әmәk vә bütövlükdә miqrantların girişinin tәnzimlәmә tәcrübәsinin formalaşması üçün mühüm amildir.
Azәrb.-da әmәk miqrantlarının ümumi sayı tәqr. 100 min nәfәr tәşkil edir (2016).