ƏMƏK MÜALİCƏSİ – müalicә mәqsәdilә әmәk proseslәrindәn istifadә olunması. Bәzi xәstәliklәr baş verdiyi zaman açıq havada fiziki iş görmәklә orqanizmdә tonusu artırmaq, mübadilә proseslәrini normallaşdırmaq olur (mәs., bağda işlәmәklә). Travmatologiya vә ortopediyada әtrafların funksiyasını bәrpa mәqsәdilә müvafiq hәrәkәt hәcminә malik vә müәyyәn әzәlә qruplarının iştirakı ilә xüsusi növ әmәkdәn istifadә edilir. Ə.m. xәstәnin psixikasına faydalı tәsir göstәrdiyi üçün psixiatriyada da geniş tәtbiq olunur. Xәstәnin vәziyyәti ilә әlaqәdar seçilәn әmәk proseslәri aktivlәşdirici vә ya sakitlәşdirici tәsir göstәrir.
Psixi xәstәliklәrin yarımkәskin vә xroniki gedişi zamanı, hәmçinin xәstәnin psixikasında dәyişiklik yaranarkәn hәyata keçirilәn sosial-әmәk reabilitasiyası prosesindә Ə.m. ciddi rol oynayır. İctimai faydalı әmәk vә kollektivin tәsiri dә müalicә-profilaktik әhәmiyyәtә malikdir. Azәrb.-da ruhi xәstәlәrin Ə.m., adәtәn, psixiatriya müәssisәlәrindә aparılır. Burada müalicә-әmәk emalatxanaları yaradılır, istәr xüsusi sexlәrdә, istәrsә dә evdә vә xәstәxana şöbәlәrindә әmәk proseslәri icra olunur. Bu emalatxanalara tәyin edilәn tibbi personal xәstәlәr üzәrindә müşahidә aparır, әmәk mәslәhәtlәri verir; dәrman müalicәsini yerinә yetirirlәr.