ƏMƏK MÜBAHİSƏLƏRİ – işәgötürәnlә işçi arasında әmәk qanunvericiliyinin vә әmәk qanunvericiliyi sisteminә daxil olan digәr normativ-hüquqi aktların tәtbiqi mәsәlәlәri (iddia xarakterli mübahisәlәr), yaxud lazımi әmәk şәraitinin yaradılması, habelә mövcud әmәk şәraitinin dәyişdirilmәsi üzrә (qeyri-iddia xarakterli mübahisәlәr) qanunla müәyyәn olunmuş qaydada hәll edilәn fikir ayrılıqları. Ə.m.nә baxılması qaydası qanunvericiliklә (Əmәk Mәcәllәsi, 259–303 maddәlәr) tәnzimlәnir. Ə.m. kollektiv vә fәrdi Ə.m.-ni, tәtil keçirmәnin hüquqi әsaslarını әhatә edir.