ƏMƏK MÜQAVİLƏSİ (ing. contract of employment, alm. arbeitsvertrag) – müәssisә әmәkdaşının vә müdiriyyәtinin hüquq vә vәzifәlәrini müәyyәn edәn rәsmi sәnәd. İşә götürmә zamanı rәsmilәşdirilir vә hәr iki tәrәf – işçi vә müdiriyyәtin nümayәndәsi imzalayır.
Müxtәlif ölkәlәrdә Ə.m.-nin tәrkibi vә bölmәlәri fәrqlidir. Mәs., Almaniyada uzun illәr Ə.m.-nin әsas bölmәlәrinә: 1) әmәk fәaliyyәti; 2) gәlirlәr (o cümlәdәn әmәkhaqqı); 3) müdafiә tәdbirlәri (müvәqqәti әmәkqabiliyyәtsizliyi, әlillik, ölüm hallarında); 4) mәzuniyyәt; 5) әlavә işlәrin görülmәsi qaydası; 6) istehsal vә kommersiya sirlәrini saxlamaq öhdәliyi; 7) ixtiraların rәsmilәşdirilmәsi vә ödәnilmәsi şәrtlәri; 8) müqavilәnin qüvvәdә olduğu müddәt vә onu lәğv etmәk qaydası aid edilirdi.
Ə.m.-nin xüsusi növü işçilәr vә administrasiya arasında bağlanmış әmәk sazişidir. Bu sazişdә әmәk münasibәtlәri vә digәr münasibәtlәr, hәmçinin tәrәflәrin hüquq vә vәzifәlәri göstәrilir.