Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏK PSİXOLOGİYASI

    ƏMƏK PSİXOLOGİYASI – tәtbiqi psixologiyanın sahәsi. Əmәk proseslәrinin psixoloji aspektlәrini vә qanunauyğunluqlarını, insanın peşәkar fәaliyyәtini, onun formalaşmasını vә әmәk subyekti kimi inkişafını öyrәnir. Geniş mәnada Ə.p. mühәndislik psixologiyası, erqonomika, tәşkilat psixologiyası, elәcә dә peşәkar oriyentasiya vә peşәkar tәlimin problematikasını әhatә edir.

    19 әsrin 2-ci yarısından texnologiyaların inkişafı, sәnaye cәhәtdәn inkişaf etmiş Avropa ölkәlәrindә yeni peşәlәrin meydana gәlmәsi ilә әlaqәdar әmәyin tәşkili vә onun subyektlәri, müxtәlif sahәlәrin spesifikası elmi tәdqiqat predmetinә çevrildi. 19 әsrin sonu – 20 әsrin әvvәllәrindә psixotexnikanın meydana gәlmәsi vә inkişafı (A.Bine, H.Münsterberq vә b.) müәssisәlәrә peşәkar seçim, psixoloji konsultasiya, әmәk proseslәrinin rasional tәşkili vә peşә hazırlığı, әmәk funksiyalarının bölgüsü, әmәk şәrtlәrinin optimallaşdırılması kimi mәsәlәlәrin hәlli üzәrindә dayanmağa imkan verdi. 1908 ildә Bostonda gәnclәrin peşә seçimi üzrә ilk konsultasiya bürosu açıldı. İri  şirkәtlәrin  sifarişi  әsasında  işlәyәn Münsterberq laboratoriya tәcrübәlәrindәn әmәyin real şәrtlәrinin modellәşdirilmәsinә keçdi, tramvaysürәnlәr, dәniz şturmanları, teleqrafçıların peşәkar seçimi üçün testlәr hazırladı. F.Teylorun işlәyib-hazırladığı istehsalı elmi idarәetmә (bax Menecment, Teylorizm), elәcә dә әmәyin sadә formaları, iş yerlәri vә alәtlәrin rasionallaşdırılması prinsiplәri H.Ford tәrәfindәn reallaşdırıldı vә inkişaf etdirildi (konveyerin tәtbiqi işçilәrin keçmiş tәcrübәsinin vә ixtisaslaşmasının qeydiyyatı, vakansiyalar bankının yaradılması vә s.).

    Birinci dünya müharibәsi illәrindә Almaniya, İtaliya, Fransa vә xüsusilә ABŞ-da 1,5 mln.-dan çox insanın yoxlamadan keçmәsilә nәticәlәnmiş psixoloji seçim tәcrübәsi (hәrbi sürücülәr, tәyyarәçilәr, teleqrafçılar, bölmә komandirlәri vәzifәlәrinә yararlılığın müәyyәnlәşdirilmәsi) Ə.p.nın inkişafına tәkan verdi. 1920-ci illәrdә F.Cilbert film çәkilişi vasitәsilә iş dinamikasının patternlәrinin öyrәnilmәsinin dövri vә xronoqrafik metodunu işlәyibhazırladı. 1927–32 illәrdә “Vestern elektrik” şirkәtinin araşdırmaları gedişindә E.Meyo vә F.Rotlisberger işçilәrin fәaliyyәtindә sosial-psixoloji amillәrin rolunu vurğuladılar. İdarәetmә problemlәri, o cümlәdәn işçilәrlә rәhbәrlik arasında münasibәtlәrin tәşkili mәsәlәsi M.Follet, D.Mak-Qreqor, A.Maslou vә b.-nın araşdırmalarında mühüm yer tutdu.

    Elmi-texniki inqilab insanın texnikaya uyğunlaşması, “insan–maşın” mürәkkәb kompleksinin fәaliyyәti, peşәkar işçilәrin tәkmillәşdirilmәsi problemlәrini aktuallaşdırmışdır. Əmәyin mәzmununun vә şәrtlәrinin dәyişmәsi (elastik iş rejimi, natamam mәşğulluq, “virtual iş yerlәri”, “virtual işçilәr”, yüksәk texnologiyaların tәtbiqi, istehsalın kompüterlәşdirilmәsi, işçi qüvvәsinin miqrasiyası vә s.), әmәyin humanistlәşdirilmәsi, әmәyin sosial-iqtisadi, sosial-psixoloji vә psixogigiyenik şәrtlәrinin elastik idarә olunması vәzifәlәrini qarşıya qoyur. Koqnitiv erqonomika, kompüterlәşdirilmiş iş yerlәrinin erqodizaynı inkişaf edir (bax Koqnitiv elm). Əmәyin dәyişәn sosial-psixoloji amillәrinin [xarici (status, peşәnin prestiji, vәzifә, tәhsil senzi vә s.) vә daxili psixoloji durum, qrup normaları, iş yoldaşları vә rәhbәrliklә münasibәtlәr, peşәkar artımın perspektivlәrinin qiymәtlәndirilmәsi vә s.] öyrәnilmәsi mühüm әhәmiyyәt kәsb edir.

    Sәnәdlәrin tәhlili, psixodiaqnostika, peşәkarlığın ölçülmәsi, әmәk prosesinin alqoritmik tәsviri, әsas vә kömәkçi әmәliyyatların struktur tәhlili, müşahidә, sorğu, anketlәşdirmә, özünәnәzarәt vә hesabat, kollektiv diskussiya, psixosemantikanın metodları vә laboratoriya tәcrübәlәri Ə.p.nın metodları kimi istifadә olunur (bax Koqnitiv psixologiya, Psixofiziologiya).

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç