Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏK SOSİOLOGİYASI

    ƏMƏK SOSİOLOGİYASI – texnoloji dәyişikliklәrin, qloballaşmanın, әmәk bazarlarının transformasiyasının, әmәyin tәşkilinin, mәşğulluq sferasında idarәçilik tәcrübәsi vә әmәk münasibәtlәrinin, istehsal vә xidmәtlәrin nәticәlәrini öyrәnәn sosiologiya sahәsi (hәmçinin bax Sәnaye sosiologiyası).

    Ə.s.-nın әsasını K.Marks (kapitalizm şәraitindә әmәk vә әmәk münasibәtlәrinin, sәnaye istehsalı prosesindә muzdlu işçilәrin dekvalifikasiyası vә özgәninkilәşdirilmәsinin tәhlili), E.Dürkheym (ictimai әmәk bölgüsü vә peşәkar qrupların korporativ tәşkilatının öyrәnilmәsi) vә M.Veber (әmәyә dәrin dәyәr motivasiyalarının vә әmәk etikasının digәr aspektlәrinin tәdqiqi) qoymuşlar.

    Birtәrәfli teylorizm prinsiplәrinin әksinә olaraq 1927–32 illәrdә E.Meyonun keçirdiyi Hotorn tәcrübәlәri menecmentdә “insan münasibәtlәri” konsepsiyasının әsasını qoymuşdur. ABŞ korporasiyalarında әmәyin mәhsuldarlığının artırılması resurslarının öyrәnilmәsi, әmәk intizamının yaxşılaşdırılması, әmәk mübahisәlәrinin profilaktikası vә s. üçün Ə.s.-nın metodlarından geniş istifadә edilmişdir.

    “Tәnqidi sosiologiya” vә neomarksizm daxilindә son kapitalizm şәraitindә әmәk münasibәtlәrinin tәhlili aparılmışdır (Ç.R. Mills, A.Turen, J.Fridman vә b.). H.Braverman (ABŞ) muzdlu işçilәrin dekvalifikasiyasını texniki tәrәqqi vә kapitalist müәssisәlәrinin idarәolunma metodlarının inkişafı ilә әlaqәdә nәzәrdәn keçirmiş, M.Buravoy (İngiltәrә) әmәk vә kapitalın qaçılmaz konflikti fonunda peşәkar menecmentin artan tәsirini göstәrmişdir.

    20 әsr әrzindә Ə.s. sәnaye cәmiyyәti postsәnaye cәmiyyәti ümumi sosioloji nәzәriyyәlәrinin ciddi tәsirinә mәruz qalmışdır. 1990-cı illәrdәn başlayaraq Ə.s.-nın başlıca mövzuları mәşğulluq sferası, sәnaye istehsalının inkişaf etmәkdә olan ölkәlәrә köçürülmәsi ilә әlaqәdar işçi qüvvәsinin miqrasiyası, transmilli korporasiyaların rolu, istehsalda vә iqtisadiyyatda gender müxtәlifliyi, xidmәtlәr vә ticarәt sektorunda artım, yeni idarәetmә tәcrübәlәri problemlәrinin makroanalizi olmuşdur. M.Kastels informasiya cәmiyyәtindә kompüter texnologiyaları vә informasiyanın emalı ilә әlaqәli informasiya sahәsindә fәaliyyәt göstәrәn  işçilәrin  rәhbәr  rolunu  vurğulayırdı. Fransız sosioloqlar L.Boltanski vә E.Kapello “Kapitalizmin yeni ruhu” (1999) kitabında 20 әsrin son rübündә әmәk vә kapital münasibәtlәrini tәdqiq etmişlәr. İngilis sosioloqu Q.Stendinq әmәk münasibәtlәrinin derequlyasiyasını göstәrmiş, daimi gәlirdәn mәhrum olmuş artan işçilәr qrupunu prekariat adlandırmışdır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç