ƏMƏK STATİSTİKASI – әmәk ehtiyatlarının tәkrar istehsalı vә onlardan istifadәnin effektivliyi sahәsindә kütlәvi ictimai hadisә vә proseslәri öyrәnәn iqtisadi statistika sahәsi. Ə.s. әmәk ehtiyatlarının mövcudluğu, tәrkibi, bölüşdürülmәsi, dinamikası, sәmәrәli istifadәsi, tәkrar istehsalı vә ehtiyatlarını; iş vaxtından istifadәni, әmәk mәhsuldarlığının dinamikası, amillәri vә yüksәldilmәsi imkanlarını; әmәyin ödәnilmәsinin artırılması amillәrini, әmәk mәhsuldarlığının artım sürәti ilә әmәkhaqqının artım sürәtinin nisbәtini vә s.-ni öyrәnir. Ə.s. әhalinin hәyat sәviyyәsini dә tәhlil edir.