Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏK ŞƏRAİTİ

    ƏMƏK ŞƏRAİTİ – әmәk prosesindә insana birbaşa vә ya dolayı tәsir göstәrәn amillәrin mәcmusu; sosial vә istehsal-texniki şәraitә bölünür.

    Əmәyin sosial şәraiti cәmiyyәtdә hakim mövqe tutan istehsal münasibәtlәrinin tәsiri ilә dәyişir. Bunlar: әmәk münasibәtlәri, işçinin müәssisәdә mövqeyi, mәhsul bölgüsü, istirahәt vә iş rejimi, әmәyin mühafizәsinin forma vә metodları, o cümlәdәn әlverişsiz iş şәraitinә görә kompensasiya vә imtiyazlar sistemi, işәgötürәnin әlverişsiz iş şәraitinә görә daşıdığı mәsuliyyәt vә istehsalat zәdәlәridir.

    Əmәyin istehsal-texniki şәraiti: istifadә olunan avadanlığın xarakteri, istehsalın texnoloji parametrlәri, texniki tәhlükәsizliyin vәziyyәti vә tәbii amillәr ilә müәyyәnlәşdirilir. İşçinin sağlamlığı vә hәyatı üçün tәhlükәnin sәviyyәsini şәrtlәndirәn bir sıra digәr amillәr dә – iş müddәti vә intensivliyi, istehsal mühitinin vәziyyәti (havanın çirklәnmә dәrәcәsi, temp-r rejimi) bura daxildir.

    Əsasәn, әlverişsiz әmәk şәraiti – kömür, filiz-mәdәn, metallurgiya, kimya, tikinti materialları sәnayelәrindә müşahidә olunur.

    Bütün dünyada әmәk şәraitinin әn effektli istiqamәti elmi hazırlıq dәrәcәlәrinә uyğun olaraq işçilәrә qoyulan tәlәblәrin (fiziki, psixoloji, gigiyena, etik, bәzәn dә estetik vә s.) müxtәlif istiqamәtli uçotu, yeni müәssisәlәrin fәaliyyәtә başlaması vә köhnәlәrin modernlәşdirilmәsi hesab edilir.

    Əlverişsiz әmәk şәraitindә işlәmәyә görә әvәz ödәnilmәsinin daha çox yayılmış metodları: 1) imtiyazlar vә kompensasiya; 2) yüksәk әmәkhaqqı; 3) qısaldılmış iş günü; 4) әlavә mәzuniyyәtlәr; 5) müalicәviprofilaktik qidalanma. Əlverişsiz iş  şәraitinin  nәticәlәri  ilә bağlı xәrclәr: 1) müvәqqәti әmәkqabiliyyәtsizliyinә görә yardımın ödәnilmәsi; 2) xәstәlәrin müalicә haqqının ödәnilmәsi; 3)әmәk şikәstinә vә istehsal zәdәlәnmәlәri nәticәsindә hәlak olanların ailәlәrinә müavinәtin ödәnilmәsi; 4) әmәkqabiliyyәti azaldığı halda kompensasiyanın ödәnilmәsi.

    İnkişaf etmiş ölkәlәrin tәcrübәsi göstәrir ki, әmәyin mühafizәsi sahәsindә xәrclәri korrektә edәn vә kompensasiya ödәyәn deyil, ancaq әlverişli әmәk şәraitinin yaradılmasına xüsusi diqqәt ayıran strategiya effektiv nәticә verir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç