ƏMƏK TƏRBİYƏSİ – gәnc nәsildә әmәksevәrlik vә cәmiyyәt üçün faydalı әmәyә hazırlıq tәrbiyә edilmәsi. Müәllim vә tәrbiyәçinin rәhbәrliyi altında böyüyәn nәsildә hәyat üçün zәruri olan әmәk, bacarıq vә vәrdişlәrin, әmәyә vә әmәk adamlarına mәhәbbәt hissinin formalaşdırılması, insanlarda ümumi әmәk bilik vә bacarıqlarının inkişafına, әmәyә vә әmәk mәhsullarına mәsuliyyәtli yanaşmanın psixoloji hazırlığına, şüurlu surәtdә gәlәcәk peşә seçiminә yönәlmiş tәrbiyәçi vә tәrbiyә alanların birgә fәaliyyәt prosesidir.
Ən qәdim tәrbiyә sahәlәrindәn olan Ə.t. böyüyәn nәslin, ümumiyyәtlә, insanların әmәk fәaliyyәtinә hәm nәzәri, hәm dә tәcrübi nöqteyi-nәzәrdәn hazırlanmasını әhatә edir, әmәyin elmi әsasları, onun elmi tәşkili haqqında sistemli mәlumatlar verir, zәruri әmәk bacarıq vә vәrdişlәri, әmәyә, әmәk adamlarına, öz әmәk fәaliyyәtinә münasibәt formalaşdırır. Ə.t. prosesi hәm xüsusi dәrslәr, müxtәlif tip mәşğәlәlәr, hәm dә ayrı-ayrı fәnlәrin tәdrisi vasitәsilә hәyata keçirilir. Bu yolla insanlara onların yaşaması üçün әmәk fәaliyyәtinin birinci әsas şәrt olduğu aşılanır. Ə.t. işi mәktәbdәnkәnar tәrbiyә müәssisәlәrindә, mәdәniyyәt müәssisәlәri vә digәr tәrbiyә müәssisәlәrindә müxtәliftipli çalışmalar, tәdbirlәr, dәrnәklәr vasitәsilә dә hәyata keçirilir. Mәdәniyyәt müәssisәlәrindә, müxtәliftipli dәrnәklәrdә istehsalatdakı yeniliklәr, texniki yeniliklәrә aid elmi mәlumatlar verilir, hәm dә yeni әmәk bacarığı vә vәrdişi formalaşdırılır.
Əqli, әxlaqi vә fiziki tәrbiyә ilә sıx әlaqәdar olan Ə.t. uşaqlara elmi qanun vә qanunauyğunluqların tәtbiqini öyrәtmәklә bәrabәr, hәm dә onlara insan әmәyinә, әmәk adamlarına hörmәt, әmәk mәhsuluna qayğıkeş münasibәt hisslәri aşılayır. Uşaqların Ə.t. erkәn yaşlarından ailәdә vә mәktәbәqәdәr tәrbiyә müәssisәsindә başlayıb, mәktәbdә müxtәlif formalarla davam etdirilir.
Ə.t.-nin mәzmunu müxtәlif tәlim-tәrbiyә müәssisәlәri üçün müvafiq nazirliklәr vә baş idarәlәr tәrәfindәn müәyyәn olunur.