Azərbaycan Milli Ensiklopediyası
    ƏMƏK TUTUMU

    ƏMƏK  TUTUMU – müәyyәn istehlak dәyәrlәrinin istehsalına vә ya konkret texnoloji әmәliyyatların yerinә yetirilmәsinә iş vaxtı sәrfini xarakterizә edәn göstәrici. Ə.t. göstәricisi әmәk mәhsuldarlığı göstәricisinin әksidir; iş qüvvәsindәn istifadәnin effektivliyini müәyyәn edir. Ə.t.-nun ölçüsü iş vaxtıdır. Mәhsul vahidinin Ə.t iş vaxtının  buraxılan  mәhsulun  miqdarına olan nisbәti qaydasında hesablanır.