ƏMƏKÖMƏCİ, balba (Malva) – әmәkömәcilәr fәsilәsindәn bitki cinsi. Yem vә bәzәk bitkisidir. Şimal yarımkürәsindә mülayim, bәzәn subtropik iqlimli әrazilәrdә 40-a yaxın (digәr mәlumata görә 125) növü bitir. Azәrb.-da 10 növü mәlumdur. Onlardan alaq bitkisi kimi әn çox yayılmış meşә Ə.-si (Malva sylvestris) müxtәlif yemәklәrin hazırlanmasında vә xalq tәbabәtindә istifadә olunur. Ə., әsasәn, bir, iki vә ya çoxillik otlardır (hünd. 2 m vә daha çox). Gövdәsi yerәyatan, yüksәlәn vә ya dikduran, hamar vә ya qismәn tüklәnmiş, bәzәn şaxәlәnәndir. Yarpaqları dilimli vә ya barmaqvarı bölümlü, uzunsaplaqlıdır. Çiçәklәri müxtәlifçalarlı – qırmızı, sarı, bәnövşәyi vә ya ağdır; ikicinsiyyәtlidir, adәtәn, yarpaq qoltuğunda bir neçә әdәd olmaqla toplanmışdır. Ə.-nin bir çox növü balverәndir. Meyvәsi çoxbölümlü toxumcadır. Kosmetologiyada çiçәklәrlә yanaşı istifadә olunan toxumların tәrkibindә 15%ә qәdәr yağ var; cavan yarpaq vә toxumları yeyilir. Ə.-nin 100 kq yaşıl kütlәsindә 20 yem vahidi vә 4 kq-adәk hәzmolunan protein var. Yaşıl yem, ot unu vә siloslaşdırma üçün Ə. çiçәklәnmә fazası dövründә (mövsüm әrzindә 2 dәfәyә 700 ha/s-әdәk), toxum üçün yetişәnә yaxın (10 s/ha) yığılır. Qıvrım Ə., Mavritaniya Ə.-si (M. mauritiana), müşk Ə. (M. moschata), әsasәn, bәzәk bitkisi kimi becәrilir. Çiçәkliklәrdә, qrup әkinlәrindә vә s. әkilir. Ə. xalq tәbabәtindә istifadә olunur. Toxumla çoxalır. Çox vaxt bu fәsilәnin digәr cinsinә aid olan gülxәtminin 2 növü hәmçinin Ə. adlandırılır.
Мешя ямякюмяъиси (Malva sylvestris).