ƏMƏKÖMƏCİ GÜVƏSİ (Pectinophora malvella) – Gelechidae fәsilәsindәn kәpәnәk. Əmәkömәcilәr fәsilәsinә aid yabanı vә mәdәni bitkilәrin zәrәrvericisidir. Bәdәninin uz. 6–8 mm, açılmış halda qanadlarının uz. 12–14 mm-dir. Rәngi boz-qonurdur. Avropa, Asiya vә Afrikada rast gәlinir. İlk dәfә 1931 ildә Nax. MR-dә pambıq kolu üzәrindә tapılmışdır. İldә 1–2 (bәzәn 3) nәsil verir. Tırtılı qönçәni, çiçәyin yumurtalığını vә qozanın toxumunu yeyir. Zәdәlәnmiş orqanlar ya tökülür, ya da eybәcәr inkişaf edir. Mübarizә tәdbirlәri aqrotexniki, biol. vә kimyәvi üsulla aparılır.