ƏMƏLİ YADDAŞ QURĞUSU, RAM (ing. Random Access Memory) – proqramın icrası zamanı hәyata keçirilәn hesablama vә mәntiqi әmәliyyatların yerinә yetirilmәsi üçün kompüter vә digәr qurğularda informasiyanın yazılması, saxlanması vә verilmәsini tәmin edәn yaddaş qurğusu. İnformasiya, bir qayda olaraq, mәrkәzi prosessorun iş sürәtindә yazılır vә oxunur. Kompüterin yaddaş qurğuları içәrisindә (ifrat Ə.y.q. istisna olmaqla) Ə.y.q. әn sürәtlisi hesab olunur. Ə.y.q.-na müraciәt diskә müraciәtdәn daha tez olduğundan informasiyanın oxunması vә yazılması xeyli sürәtlәnir (Ə.y.q. adlandırılması da sürәtlә işlәmәsi ilә әlaqәdardır). Kompüterin işә salındığı ilk saniyәlәrdәn daimi yaddaşdakı proqramlar vasitәsilә xarici yaddaşda (sәrt diskdә) saxlanılan әmәliyyat sisteminin proqramları, hәmçinin istifadәçinin sonradan daxil etdiyi verilәnlәr Ə.y.q.-na yazılır. Kompüter söndürüldükdә Ə.y.q.-da saxlanılan informasiya silinir. Odur ki kompüteri söndürmәmişdәn әvvәl dәyişdirilmiş verilәnlәr xarici yaddaş qurğularında saxlanılmalıdır.