Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏLİYYAT SİSTEMİ

    ƏMƏLİYYAT   SİSTEMİ   –   informasiyanın emalı, daxil vә xaric edilmәsi, resursların paylaşdırılması, proqramların hazırlanması vә sazlanması proseslәrinin planlaşdırılması vә tәşkilinin avtomatlaşdırılması üçün nәzәrdә tutulan vә daima EHM-in yaddaşında olan proqram kompleksi. Ə.s. EHM-in resurslarını (prosessor, әmәli vә xarici yaddaş, giriş-çıxış qurğuları, rabitә kanalları vә s.) idarә edir, texniki vasitәlәrin sazlığına operativ nәzarәt edir, nasazlıqlar aradan qaldırıldıqdan sonra verilәnlәrin emalı prosesinin bәrpasını tәşkil edir (bu funksiyaları supervizor yerinә yetirir). Resursların (vәsaitlәrin) idarәolunmasında әsas anlayışlar proseslәr, virtual yaddaş vә fayllardır. Prosesә EHM resurslarının tәlәbatçısı kimi baxılır (daha doğrusu, resursların paylaşdırılmasında iştirak edir). Ə.s.-nin әksәriyyәtindә hәr prosesә uyğun mәxsusi ünvan fәzası (mәkanı) qoyulur (proseslәrin ünvan fәzaları kәsişmir). Virtual yaddaş EHM-in әmәli yaddaşından istifadәnin effektivliyini yüksәltmәk vә prosesin ünvan fәzasının hәcmini artırmaq üçündür. Fayl informasiyanın harada (әmәli yaddaşda, xarici yaddaşda, yaxud uzaqdakı EHM-dә) yerlәşmәsindәn asılı olmayaraq, onunla eyni cür işlәmәyә imkan verir.

    Sistemlә eyni vaxtda işlәyәn istifadәçilәrin sayına görә biristifadәçili vә çoxistifadәçili  Ə.s.;  sistemin  idarәsi  ilә  eyni vaxtda yerinә yetirilәn mәsәlәlәrin sayına görә birmәsәlәli vә çoxmәsәlәli Ə.s.; prosessorların sayına görә birprosessorlu vә çoxprosessorlu Ə.s.; prosessorun mәrtәbәlәrinin sayına görә 8, 16, 32 vә 64 mәrtәbәli Ə.s.; interfeysin tipinә görә әmrli (mәtn interfeysli) vә obyektyönlü (qrafik interfeysli) Ə.s.; informasiya emalı rejiminә görә paket emallı (tapşırıqlar paketi formalaşdırılır vә üstünlük dәrәcәsinә görә növbә ilә icra edilir), vaxt bölgülü vә real vaxt miqyaslı; resurslardan istifadәnin tipinә görә şәbәkә vә lokal Ə.s. olur. Şәbәkә Ə.s. әksәr hallarda şәbәkә üçün nәzәrdә tutulmuş, olduqca güclü bir vә ya daha çox kompüter-serverlәrdә quraşdırılır. Digәr Ə.s.-lәri lokal sayılır vә ixtiyari kompüterdә, hәmçinin şәbәkәyә işçi st. vә ya müştәri kimi qoşulmuş kompüterlәrdә dә istifadә oluna bilәr.

    Ə.s. nüvәdәn, sistem kitabxanaları vә utilitlәr yığımından ibarәtdir. Ə.s.-nin nüvәsinin әsas funksional komponentlәri yaddaşı idarәedәn altsistem; proseslәri idarәedәn altsistem; fayl sistemlәri, drayverlәr vә ya EHM-in xarici qurğularını (printerlәr, yaddaş qurğuları vә s.) idarә edәn proqramlar; proseslәrarası әlaqәnin tәşkili üçün altsistemdir. Ə.s. nüvәsinin iki arxitektura tipi daha geniş yayılmışdır: monolit vә mikronüvә. Monolit nüvәlәrdә bütün komponentlәr vahid ünvan fәzasında işlәyir vә bir-birindәn mühafizә olunmur, yәni istәnilәn komponent digәr komponentin verilәnlәrini dәyişә bilәr. Mikronüvә arxitekturasında isә komponentlәr dәqiq ayrılır, kәsişmәyәn ünvan fәzasında işlәyir vә bir-biri ilә mәlumatları ötürmәklә әlaqә saxlayır. Çox geniş yayılmış müasir Ə.s.-lәrinin әksәriyyәti (Linux, Windows) monolit arxitekturaya malikdir. Lakin kommersiya cәhәtdәn uğurlu mikronüvәli (QNX, PikeOS, Integrity) vә hibrid (Symbian, Mac OS X) arxitekturalı Ə.s.-lәri dә var. Sistem kitabxanaları giriş-çıxış әmәliyyatları, riyazi funksiyalar vә s. kimi tez-tez istifadә edilәn altproqram toplusundan ibarәtdir. Utilitlәr imtiyazsız rejimdә yerinә yetirilәn proqramlardır (Ə.s.-nin bir sıra funksiyalarını yerinә yetirir).

    Ə.s. ümumi tәyinatlı vә ixtisaslaşdırılmış Ə.s.-lәrinә ayrılır. Geniş yayılmış ümumi tәyinatlı Ə.s.-nin müasir variantları nüvәsi assembler vә yaxud, digәr proqramlaşdırma dillәrinin bir neçә mln. operatorundan ibarәt proqram kompleksidir; kitabxanaların vә utilitlәrin ölçüsü isә yüz mln. sәtirdir. İxtisaslaşdırılmış Ə.s.-lәri müәyyәn sinif mәsәlәlәrin hәllinә yönәldilmiş EHM-lәrdә tәtbiq edilir. Belә mәsәlәlәrә ilk növbәdә hәr hansı bir prosesin (mәs., müәyyәn temp-r rejiminin sabit saxlanılması) vә ya mexanizmin idarә edilmәsi aiddir. Bu mәqsәdlәr üçün istifadә olunan EHM idarәedici EHM adlanır.

    İlk EHM-lәrdә Ə.s.-nin prototipi dispetçerlәr, monitorlar, idarәedici proqramlar vә s. adlanan xüsusi proqramlar idi. İlk inkişaf etmiş Ə.s.-lәrindә (GM-NAA I/O, ABŞ, 1956) EHM-ә ötürülәn mәsәlәlәrin ardıcıllığını avtomatlaşdırmaq (paketlә emal) imkanı yarandı. Ə.s.-nin inkişafının növbәti mәrhәlәsi mәrkәzi prosessordan istifadәnin sәmәrәliliyini artıran çoxmәsәlәlik rejiminin dәstәklәnmәsi idi. Vaxtın bölüşdürülmәsi rejimindә işlәmәklә, çox sayda istifadәçiyә bir EHM-dә eyni vaxtda işlәmәk imkanı yarandı. Vaxtın bölüşdürülmәsi prinsipinin әsasları CTSS Ə.s.-ndә (1961, ABŞ) formalaşmışdır. 1980-ci illәrdә UNIX sistemi Ə.s. bazarında lider mövqeyini tutmuşdu. Apple Macintosh EHM-i üçün yaradılmış System 1 Ə.s. EHM ilә istifadәçinin qarşılıqlı әlaqә üsullarında çevriliş etmişdir; istifadәçinin qrafik interfeysi (pәncәrәli interfeys vә girişin koordinatlı qurğuları, mә, siçan, trekbol ilә idarәetmә) tәkmillәşdirilmişdir. 1990-cı illәrin sonunda fәrdi kompüterlәrin geniş yayılması ilә Microsoft Windows Ə.s.-nin (ABŞ) böyük tәlәbatla tәtbiqinә başlandı. Bu Ə.s.nin müasir versiyaları 21 әsrin әvvәllәrindәn fәrdi kompüter Ə.s.-lәri arasında üstün yer tutur. 2000-ci illәrin әvvәllәrindә texniki planda UNIX Ə.s.-nin varisi olan Linux Ə.s. geniş tәtbiq olundu. Sәrbәst proqram tәminatı prinsiplәrindәn istifadә imkanı bu Ə.s.-nin uğurunun әsas sәbәbidir. Super EHM vә serverlәr üçün Ə.s.-lәri arasında Linux Ə.s. әsas yeri tutur.

    Etibarlılığın yüksәldilmәsi, verilәnlәrin tәhlükәsizliyinin vә mühafizәsinin tәmin edilmәsi, optimal enerji tәlәbatı, çoxnüvәli vә çoxprosessorlu EHM-lәrdә sәmәrәli iş, hәmçinin istifadәçi ilә әlaqә interfeyslәri sahәsindә tәdqiqatlar müasir Ə.s.-lәrinin inkişafının әsas istiqamәtlәridir.

    Əd.: Карпов В. Е., Коньков К. А. Основы операционных систем. Курс лекций. М., 2005; Т а нен баум Э. С., Вудхалл А. С. Операционные системы: разработка и реализация. СПб., 2007.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç