ƏMƏLİYYATLARIN UYĞUNLAŞDIRILMASI – EHM avadanlığından istifadәnin sәmәrәliliyini vә onun mәhsuldarlığını yüksәltmәk üsullarından biri; proqramın operatorlarında göstәrilәn әmәllәrin kompüterin bir neçә funksional qurğusunda eyni vaxtda yerinә yetirilmәsi tam vә ya qismәn uyğunlaşdırılır. Ə.u. 3 sәviyyәyә ayrılır: 1) elementar әmәliyyatların ayrı-ayrı qovşaq vә bloklarda icrası zamanı mikroәmәliyyatların uyğunlaşdırılması; 2) bir proqramın әmrlәrinin EHM-in ayrıayrı qurğularında paralel yerinә yetirilmәsi hesabına lokal uyğunlaşdırma; 3) bir neçә proqram eyni zamanda icra olunarkәn qurğu vә maşınların paralel işlәmәsi hesabına multiproqramlaşdırma.