ƏMƏNULLA XAN (1.6.1892, Əfqanıstan, Paqman – 25.4.1960, İsveçrә, Sürix) – Əfqanıstan әmiri (1919–29). İngiltәrә–Əfqanıstan müharibәsi (1919) nәticәsindә Əfqanıstanın tam müstәqilliyinә nail olmuşdu. Ə.x. İngiltәrә–Əfqanıstan müqavilәlәri (1919, 1921), sovet–әfqan müqavilәsi (1921), SSRİ ilә bitәrәflik vә hücum etmәmәk haqqında müqavilә (1926) imzalamışdı. 1920–28 illәrdә Ə.x.-ın gәnc әfqanların ideyalarına әsaslanan bir sıra antifeodal islahatı ölkәnin mәrkәzlәşdirilmәsi vә iqtisadiyyatında burjua dәyişikliklәri üçün zәmin yaratmışdır. 1923 ildә Əfqanıstanın ilk konstitusiyasını imzalamışdır. 1927–28 illәrdә bir sıra Şәrq ölkәsindә, hәmçinin İtaliya, İngiltәrә, Fransa, Almaniya vә SSRİ-dә, o cümlәdәn Azәrb. SSR-dә diplomatik görüşlәr keçirmişdir. 1929 ilin yanvarında Bәççe yi-Saqqa üsyanının nәticәsindә Ə.x. devrilmiş, xaricә getmişdir. Ə.x. Cәlalabadda (Əfqanıstan) dәfn olunmuşdur.