ƏMƏNZADƏ Rayihә Barxudar qızı (d.30.6.1948, Bakı) – Azәrb. memarı. Memarlıq doktoru (2009). Azәrb. Politexnik İn-tunun memarlıq fakültәsini bitirmişdir (1972). 1973 ildәn AMEA-nın Memarlıq vә İncәsәnәt İn-tunda çalışır (2011 ildәn baş elmi işçi). Əsas tәdqiqatları 15–17 әsrlәr Azәrb. memarlığının kompozisiya problemlәrinә hәsr olunmuşdur. 120-dәn çox elmi әsәrin, 3 monoqrafiyanın müәllifi, 3 cild lik kitabalbomun hәmmüәllifidir. Azәrb. Memarlıq vә İnşaat Un-tinin memarlıq konstruksiyaları vә abidәlәrin bәrpası kafedrasında elmi-pedaqoji fәaliyyәt göstәrir.