ƏMƏNZADƏ Yusif Əmәn oğlu (18.11.1914, Bakı – 12.3.1982, Bakı) – mexanika sahәsindә Azәrb. alimi, fizika-riyaziyyat e.d. (1959), prof. (1961). Azәrb. SSR EA m. üzvü (1968). Azәrb. Neft vә Kimya İn-tunu (AzNKİ) bitirmişdir (1936). Azәrb. SSR EA Riyaziyyat vә Mexanika İn-tunda mexanika (1958–60) vә elastiklik nәzәriyyәsi (1959–72) şöbәlәrinin rәhbәri, AzNKİ-dә materiallar müqavimәti kafedrasının müdiri (1960–65) vәzifәlәrindә işlәmiş, 1960 ildәn ömrünün sonuna qәdәr Azәrb. Dövlәt Un-tinin nәzәri mexanika kafedrasının müdiri olmuşdur. Tәdqiqatları elastiklik nә zәriyyәsi, neftmәdәn mexanikası, sәlt mühit mexanikası sahәsinә aiddir. Çox rabitәli hissә-hissә bircins prizmatik elastik cisimlәrin burulma vә әyilmә mәsәlәlәrinin hәlli üsullarını vә elastik bircins olmayan prizmatik cisimlәrin burulmasında әyilmә mәrkәzinin tәyini (yalnız bir burulma kompleks funksiyası vasitәsilә) üçün düsturlar vermiş, çoxrabitәli hissә-hissә bircins izotrop vә anizotrop yarımmüstәvilәr üçün qarışıq sәrhәd mәsәlәlәrinin hәlli, hәmçinin yarıq vә onun uclarındakı gәrginlik konsentrasiyasının öyrәnilmәsi üçün bir sıra effektiv tәqribi üsul işlәyib hazırlamışdır. 100-dәn çox elmi әsәrin müәllifidir. Yüksәk ixtisaslı kadrların hazırlanmasında xidmәti var.