ƏMƏVİLƏR XİLAFƏTİ – Əmәvilәrin 661–750 illәrdә idarә etdiyi dövlәt. Ərәb xilafәtinin Suriyadakı canişini Müaviyә ibn Əbu Süfyanın (I Müaviyә; 661–680) xәlifә Əli ibn Əbu Talib üzәrindә qәlәbәsindәn sonra yaranmışdır. Ə.x.-nin әsas dayağı paytaxt Dәmәşqlә birlikdә Suriya torpaqları idi (tarixşünaslıqda rast gәlinәn Dәmәşq xilafәti adı buradan götürülmüşdür). Əmәvi xәlifәlәri taxta çıxdıqdan sonra öz sәlәflәrinin istilaçı siyasәtini davam etdirdilәr. Onlar Şimali Afrikanı, Pireney yanın çox hissәsini, Mәrkәzi Asiyanın q.-ini, Sind, Tәbәristan vә Gürganı (bax Ərәbistilaları) fәth etmiş, Bizansa qarşı uzun müddәtli, lakin uğursuz müharibә aparmış, dәfәlәrlә Konstantinopolu (668–669, 674–677 vә s.) mühasirәyә almışdılar. Müxtәlif iqtisadi inkişaf sәviyyәsindә olan әrazilәri birlәşdirәn vә qarışıq etnik tәrkibә malik dövlәti idarә etmәk üçün Ə.x.-ndә hәrbi, inzibati vә mәhkәmә sәlahiyyәtlәri әmirlәrә mәxsus olan әvvәlcә 9, sonra 5 canişinlik tәsis olunmuşdu. Bәzi hallarda vergilәrin toplanması xüsusi mәmurlara (sahib әl-xәrac), mühakimә isә qazılara hәvalә edilirdi. Ə.x.-ndә bütün torpaqların ali sahibi dövlәt idi. Hәlak olmuş vә ya işğalçılardan qaçan Sasani şahәnşahlarının, Bizans imperatorlarının, fars vә yunan zadәganlarının mülklәri, hәmçinin vәrәsәsiz vә müsadirә edilmiş torpaqlar birbaşa dövlәtin mülkiyyәti hesab olunurdu. Dövlәt torpaq fondu Ə.x.-nin әsas sosial dayağı sayılan әrәb tayfa әyanlarının, qismәn dә xidmәtdә olmuş yuxarı tәbәqәnin mükafatlandırılması üçün mәnbә idi. Torpaq sahiblәri olan müsәlmanlar üşr, qeyri-müsәlmanlar isә xәrac vergisi ödәyirdilәr. Mәrkәzi hakimiyyәti möhkәmlәndirmәk vә vilayәtlәr üzәrindә ciddi nәzarәti tәmin etmәk mәqsәdilә artıq I Müaviyәnin dövründә divan әl-xatәm (dәftәrxana) tәsis olundu, ilk istilalar dövründә fәaliyyәtini dayandırmış divan әl-bәrid (poçt xidmәti) bәrpa edildi, hәmçinin baş xәzinәdarlıq yaradıldı. 669 ildә I Müaviyә oğlu I Yәzidi [680–683] varisi elan etdi, bununla da formal seçki qaydasının saxlanılması ilә xәlifә sәlahiyyәtlәrinin irsәn ötürülmәsini qanunilәşdirdi. I Müaviyәnin ölümü ilә Əlәvilәr Xilafәtdә hakimiyyәt iddialarını irәli sürdülәr. Mәdinәdә (680 ildә yatırıldı) vә Mәkkәdә üsyan baş verdi. I Yәzidin qәfil ölümü nәticәsindә Əmәvilәrin böyük qolunun (Süfyanilәr) hakimiyyәti sona çatdı, hakimiyyәtә sülalәnin kiçik qolunun nümayәndәsi Mәrvan ibn әl-Hakim [683–685] gәldi, bu, müsәlman dövlәtindә uzunsürәn böhrana sәbәb oldu. Kufә vә Bәsrәni (685–687) әllәrindә saxlayan şiәlәr, 693–696 illәrdә Fars vә Aşağı Mesopotamiyada partizan müharibәsi aparan xaricilәr vә xәlifәnin rәqibi, uzun müddәt Mәkkә hakimi olan Abdullah ibn әz-Zübeyr Mәrvan ibn әl-Hakimin oğlu Əbdülmәlikә qarşı çıxdılar. Son epizodu 700–702 illәrdә İbn әl-Əşasın hәrbi qiyamı olan şiddәtli qarşıdurmada Əbdülmәlik nәinki qalib gәldi, hәtta öz nәslinin nümayәndәlәrinin xәlifә taxtına varisliyini tәmin etdi. Onun vә xәlәfi I Validin [705–715] dövründә әrәb dili yunan vә pәhlәvi dillәrini sıxışdıraraq Xilafәtin dövlәt dili kimi qәrarlaşdı, qızıl dinara vә gümüş dirhәmә әsaslanan vahid pul sistemi yaradıldı, әvvәlki sikkәlәr tәdavüldәn çıxarıldı. Bu dövrdә Əmәvilәr itaәtә alınmış xalqlar vә şәhәrlәrlә bağlanmış müqavilә şәrtlәrindә nәzәrdә tutulan qәti müәyyәnlәşdirilmiş vergilәr vә xәracın әvәzinә, ödәmә qabiliyyәtindәn asılı olan vergi sistemi vә bir sıra yeni vergilәr tәtbiq etdilәr. Vergi әsarәtinin sәrtlәşmәsi (üşrün xәracla әvәzlәnmәsi) әvvәlki torpaq sahiblәri tәbәqәsinin lәğvinә vә torpaq mülkiyyәtinin müsәlman, xüsusilә әrәb elitasının әlindә cәmlәşmәsinә gәtirib çıxardı. Eyni zamanda vergi ödәyicilәrinin sayının azalması xәzinәnin boşalmasına sәbәb oldu. Onun doldurulması mәqsәdilә Xilafәtin ş. vil.-lәrinin canişini Hәccac 700 ildәn islamı qәbul edәnlәrin cizyәdәn azad olunmasını dayandırdı vә xәrac torpaqlarının daimi statusunu tәsbit etdi. Xәlifә II Ömәr [717–720] bu vergi sistemini lәğv etsә dә, onunxә lәflәri II Yәzidin [720–724], Hişamın [724–743] vә II Validin [743–744] dövründә yenidәn bәrpa olundu. Ə.x.-nin siyasәti daim Xilafәt әhalisinin narazılığına sәbәb olurdu, bu әsasәn islam tәriqәtlәrinin (bәrbәrlәrin 740–742 illәrdә xaricilәr üsyanı, şiә qiyamları vә s.) şüarları altında baş verirdi. 747–750 illәrdә Əbu Müslimin rәhbәrliyi ilә baş vermiş üsyan nәticәsindә Əmәvilәr devrildi, hakimiyyәtә Abbasilәr gәldi. Əmәvilәrin sağ qalmış nümayәndәlәrindәn biri Əbdürrәhman ibn Müaviyә (bax Əbdürrәhman I ) Pireney y-a-ndakı әrәb mülklәrinә (bax Əndәlis) qaçaraq burada Əmәvilәrin yerli qolunun – Kordova әmirliyinin әsasını qoydu. Ə.x. dövründә Cavanşir xәlifә I Müaviyә ilә müqavilә bağlamış, özünün Albaniya (Qafqaz) hakimi kimi tanınmasına nail olmuşdu. Lakin Cavanşirin öldürülmәsindәn (680) sonra әrәblәrin yenidәn Azәrb.-a basqını, 705 ildә yerli әhalinin müqavimәtini qıraraq ölkәnin zәbti ilә nәticәlәndi. Əbdülmәlikin dövründә Alban (Qafqaz) kilsәsi müstәqilliyini itirdi. Mihranilәr sülalәsi hakimiyyәtdә qalsa da, әslindә ölkәni әrәb әmirlәri idarә edirdi. 8 әsrin әvvәllәrindә Ə.x. Azәrb.-da möhkәmlәnmәk üçün әsas rәqiblәri olan xәzәrlәrlә uzunmüddәtli mübarizәyә başladı. Azәrb. әrazisi müharibә meydanına çevrildi (daha әtraflı bax “Azәrbaycan” xüsusi cildinә).