ƏMƏVİLƏR MƏSCİDİ – Əmәvilәr dövrünә aid mәscid. Dәmәşq ş.-dәdir. Ə.m. özәlliklәri, zәrif vә eyni zamanda möhtәşәm divar bәzәklәri ilә seçilәn müstәsna memarlıq abidәsidir. Xәlifә Valid bin Əbdülmәlikin istәyi ilә Bizans imperatorunun Konstantinopoldan göndәrdiyi ustalar tәrәfindәn inşa edilmişdir (705 vә ya 706). Dәfәlәrlә yanğına vә tәbii dağıntıya mәruz qalsa da, ilkin әsas memarlıq xüsusiyyәtlәrini, xüsusilә mozaikalarındakı ehtişamı qoruyub saxlaya bilmişdir. Bir әsas ibadәt yeri (13637 m), bir hәyәti (12250 m) olan dördbucaqlı vertikal planlı mәscid qiblә divarlarına paralel uzanan üç neflә (eninә) bunları ortadan bölәn geniş şaquli nefdәn meydana gәlmiş vә neflәr arasındakı mәrmәr sütunlar üzәrindә yüksәlәn ikiqat formada nizamlanmış tağtavanlarla әhatәlәnmişdir. Mәscidin 3 minarәsi vә 4 әsas qapısı var. Mәrkәzindә hovuzu olan hәyәt arxadan iyirmi dörd, yanlardan doqquz yaruslu kәmәrlә dövrәlәnmişdir. Hәyәtdә Qüb bәtül-xәzinә (beytül-mal), Qübbәtü Zeynalabdin adını daşıyan ikiqübbәli kiçik bina da var. Qübbәtül-xәzinәdә vәqf gәlirlәri mühafizә olunur. Ə.m.-nin öz möhtәşәmliyini indiyәdәk saxlamış zәngin nәbati vә hәndәsi mozaikaları sәnәt tarixi baxımından böyük әhәmiyyәtә malikdir. İslam memarlıq xüsusiyyәtlәrini özündә cәmlәşdirәn mәscidin layihәsi Anadolu da daxil olmaqla, islam dünyasının bir çox yerindә tәtbiq edilmişdir.
Əmәvilәr mәscidi. 8 яср. Дямяшг.