ƏMƏYİN HUMANİSTLƏŞDİRİLMƏSİ (ing. human resourse managment) – müәssisә, şirkәt fәaliyyәtinin tәşkilindә әmәk resurslarının idarәolunma sistemi; işçinin peşәkar fәaliyyәtinin uğurlu yekunu üçün mәnәvi cәhәtdәn maraqlı olmasına әsaslanır. 20 әsrin ortalarına qәdәr istehsal prosesindә insan münasibәtlәrinin idarәolunmasının (insanın istehsal potensialının maksimum sәrf olunması zәruriliyinә әsaslanan) rasionalist paradiqması (mәs., teylorizm sistemi) üstünlük tәşkil edirdi. Fәrdi, yaxud situasiya (gedişat) adlanan yeni konsepsiya işçinin yalnız istehsal deyil, eyni zamanda intellektual vә fәrdi mәnәvi-psixoloji imkanlarından da geniş istifadәni nәzәrdә tutur. Bu, 1950–60 illәrdә amerikalı psixoloq F.Hert sberqin ideyaları әsasında meydana çıxan konsepsiyasına, A.Maslounun (ABŞ) tәlәbatların iyerarxiyası, K.Alderferin (ABŞ) mövcudluq, әlaqәlәr vә artım, D.Makklellandın (ABŞ) әldә olunmuş tәlәbatlar nәzәriyyәlәrinә әsaslanırdı. Ə.h. sisteminin başlıca prinsiplәri: tәhlükәsizlik – insan iş yerindә öz sağlamlığına, maddi tәminatına tәhlükә hiss etmәmәlidir, әksinә, hәr hansı bir sәbәbdәn işsiz qalmayacağına, ekoloji tәhlükәsizliyә әmin olmalıdır; әdalәtlilik – hәr bir işçinin gәliri peşәkarlıq sәviyyәsindәn vә onun müәssisәyә gәtirdiyi gәlirdәn asılı olmalıdır; kollegiallıq – müstәqil qrupların özünü idarә etmәsi, rәhbәrliyin seçilmәsi vә gәlirlәrin bölüş dürülmәsi mәsәlәlәri, investisiya siyasәti, maliyyә mәnbәlәrinin müәyyәn olunması zamanı demokratik kollektiv qәrarların qәbulunu vә s. nәzәrdә tutur; innovasiya – işçinin yenilikçi vә yaradıcı ideyalarını müstәqil şәkildә hәyata keçirmәk arzusunun, tәşәbbüskarlığının dәstәklәnmәsidir. Əmәk münasibәtlәrinin idarә edilmәsi konsepsiyasında işçi insanı yalnız maddi mükafatlandırılmada maraqlı kimi nәzәrdәn keçirәn әvvәlki yanaşmalardan fәrqli olaraq әmәk fәaliyyәti prosesindә özünü reallaşdıran insan kimi şәrh olunur. Bu halda şirkәt – ortaq dәyәr vә әtrafında birlәşәn insanlardan ibarәt canlı orqanizm kimi nәzәrdәn keçirilmәli, müәssisәnin inkişafını vә xarici rәqabәt mühitinә uyğunlaşması uğrunda işçilәrin sәylәrini әsas götürәrәk, innovativ addımlar ataraq daim yenilәnmәlidir.