Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMƏYİN KEYFİYYƏTİ

    ƏMƏYİN KEYFİYYƏTİ işçi qüvvәsinin fiziki, intellektual, mәdәni, tәhsil, ixtisas, peşәkarlıq vә s. keyfiyyәtlәrinin mәcmusu ilә müәyyәn olunan konkret әmәk növlәrinin sistemli xarakteristikası. Bu xüsusiyyәtlәr әmәyin mürәkkәblik, gәrginlik vә intensivliyinә, onun son nәticәlәrinә, әhәmiyyәtinә olan tәlәblәrin cәmiyyәt tәrәfindәn ödәnilmәsi imkanını tәmin edir. Ə.k. yüksәk olduqca, әmәyin nәticәlәri vә әmәyә olan tәlәblәrin ödәnilmәsinin effektivliyi bir o qәdәr yüksәk olur. Ə.k.-nә yaradıcılıq qabiliyyәti, peşә bacarıqları, tәşәbbüskarlıq, mobillik kimi kәmiyyәtlә ölçülmәyәn xüsusiyyәtlәr daha çox tәsir göstәrir. Müasir iqtisadiyyatda Ə.k. “intizam” vә “işә münasibәt” anlayışları vasitәsilә müәyyәn olunur. Ə.k. tәkcә obyektiv, ölçülә bilәn xüsusiyyәtlәri deyil, hәm dә kәmiyyәtcә ölçülә bilmәyәn, subyektiv xüsusiyyәtlәri (mәs., müәyyәn tәşkilatın işçilәrindәn tәlәb olunan bacarıqlar komplektinin tipi) özündә birlәşdirir. Ə.k. әvvәla, işçi qüvvәsinin tәhsil vә tәlim sәviyyәsindәn, hәmçinin fiziki sağlamlığından asılıdır.

    Sәnaye inqilabı vә sәnaye iqtisadiyyatının inkişafının gedişatında Ə.k. vә onun effektivliyi anlayışına olan meyarlar dәyişmişdir. F.U.Teylorun (bax Teylorizm) 20 әsrin әvvәllәrindә meydana gәlәn әmәyin elmi idarәedilmәsinin birinci konsepsiyasında Ə.k.-nin yüksәldilmәsi әmәyin standartlaşdırılması, әmәkhaqqının stimullaşdırıcı tәsiri, planlaşdırma, tәşkiletmә vә işçinin әmәyinin hesablanması ilә әlaqәlәndirilirdi. 1960-cı illәrdә Amerika sosioloqu D.Makqreqorun işçinin yaradıcılıq vә tәxәyyülünün genişlәnmәsindә әmәyin mühüm rolunu göstәrәn nәzәriyyәsi meydana gәldi. 1970-ci illәrdә әmәk tutumunun zәnginlәşdirilmәsinin vә bütünlükdә hәyat keyfiyyәtinin ona tәsirinin mühümlüyünü vurğulayan әmәk hәyatının keyfiyyәti konsepsiyası, 20 әsrin ikinci yarısında T.U.Şults vә H.Bekker insan kapitalı nәzәriyyәsini irәli sürmüşdülәr. Bu nәzәriyyә 1980–2000-ci illәrdә әn üstün konsepsiya olmuşdur. Konsepsiyaya әsasәn insan kapitalına bilik, bacarıq vә motivasiya ehtiyatı kimi investisiyalar gәlәcәkdә әmәkdәn gәlәn gәliri artıracaqdır. Müxtәlifkeyfiyyәtli әmәyin meyarları vә parametrlәri üçün bu nәzәriyyәnin çoxsaylı araşdırmaları postsәnaye, innovasiya cәmiyyәtindә daha mühüm olur. Bununla yanaşı, insanın fitri bacarıqlarına ilkin insan kapitalı kimi baxmaq olar. Şults öz modelindә Ə.k.-nin milli gәlirin artımına tәhsil vasitәsilә tәsir etdiyini göstәrsә dә, Amerika iqtisadçısı E.Denisonun modelindә tәhsil әmanәti yalnız Ə.k.-nin yüksәldilmәsi vasitәsilә reallaşır.

    Müәyyәn bir iş çәrçivәsindә әmәyi xarakterizә edәn ixtisaslaşma tәkcә formal tәhsilin kömәyilә deyil, hәm dә qeyri-formal tәlim vә tәcrübә vasitәsilә әldә edilә bilәr. Lakin bunun üçün uzun vaxt tәlәb olunur. Ə.k.-dә bu yolla nail olunan dәyişikliklәr qısamüddәtli tәhsil islahatlarından vә ya peşә vә ixtisas tәkmillәşdirilmәsindәn xeyli dәrindir. İnkişaf etmiş müasir iqtisadiyyatlarda Ə.k. standartları problemi mübahisәli olaraq qalmaqdadır, lakin Ə.k. anlayışının işçi qüvvәsinin autsorsinqinin tәsirinin qiymәtlәndirilmәsi baxımından zәruri olduğundan bu keyfiyyәtin ölçülmәsi üçün ümumi alәtin işlәnibhazırlanması çox vacibdir.

    Ə.k. işçi qüvvәsinin potensial xassәlәrinin mәcmusu kimi әmәk bazarında hәm işәgötürәn, hәm dә әmәkqabiliyyәtinin sahibi üçün müәyyәnedici rol oynayır. Ə.k. haqqında ailәdәki әmәk öhdәliklәri dә daxil olmaqla özünәxidmәt üzrә әmәk kimi, ictimai tәşkil edilmiş әmәk kimi dә danışmaq olar. Müasir cәmiyyәtdә әmәyin bu tiplәri arasındakı sәrhәd silinmәkdәdir. Mәsәlәn, “ailә” әmәyinin keyfiyyәti ailәnin, ev tәsәrrüfatının funksional texnika ilә tәmin olunma sәviyyәsinә vә bu әmәk tipinin bir hissәsinin fәrdin, ailәnin yaşayış sahәsindәn kәnara çıxarılmasına görә dә artır. Müәssisәlәrin, firmaların ali idarәetmә personalından tәlәb olunan әmәyin yüksәk keyfiyyәti inzibati-idarәetmә funksiyalarının tәkcә sahibkarlar tәrәfindәn deyil, hәmçinin әvvәllәr yalnız icraedici funksiyaların aid olunduğu muzdlu işçilәr tәrәfindәn dә yerinә yetirilmәsinә gәtirib çıxardı.

    C.B.Klarkın qeyd etdiyi kimi müasir iqtisadiyyatda Ə.k. iqtisadi tәrәqqiyә aparan kapital axını üçün başlıca stimuldur. Əmәyin effektivlik keyfiyyәti işçilәrin әmәkhaqları arasındakı böyük fәrqi dә izah edir. Ə.k. baxımından obyektiv qaydada mövcud olan fәrqlәr inkişaf etmiş ölkәlәrdә uzunmüddәtli dövr әrzindә ucuz işçi qüvvәsinin autsorsinq riskini minimallaşdırır. Bu, hәmçinin yüksәkixtisaslı işçi qüvvәsinin cәmlәşdiyi Amerika iqtisadiyyatının cәlbediciliyini dә izah edir. Ə.k. müasir diskussiyaların mәrkәzindәdir: ucuz işçi qüvvәsi kapital qoyuluşunun sәbәbi vә autsorsinqin uğurunun başlıca amili  olması;  dövlәt  tәnzimlәnmәsinin prioritetlәrinin seçilmәsi – әmәk miqrasiyasının sәrhәdlәrinin müәyyәnlәşdirilmәsi, autsorsinqә imkan yaratmaq, yaxud mane olmaq, fәrdin әmәyinә vә onun bacarıqlarına münasibәt dә daxil olmaqla, keyfiyyәtә tәsir göstәrmәk mәsәlәlәri müzakirә mövzuları sırasındadır.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç