ƏMƏYİN NORMALAŞDIRILMASI –istehsal idarәetmәsinin tәrkib hissәlәrindәn biri. Bu hissә ayrı-ayrı işçilәr (briqadalar) tәrәfindәn mәhsul vahidinin hazırlanması üçün zәruri olan müvәqqәti xәrclәrin müәyyәnlәşdirilmәsini vә onun әsasında әmәk normalarının tәyin edilmәsini birlәşdirir. Elmi cәhәtdәn әsaslandırılmış mәcburi әmәk vә istirahәt rejimlәri şәrti ilә әmәk vә maddi resursların effektiv istifadәsinә imkan yaradan xәrclәr zәruri hesab olunur.
Ə.n.-nın prioritet vәzifәlәrinә әmәk vә istehsalın tәşkilinin müntәzәm inkişafı, mәhsulun әmәktutumluluğunun artırılması, işçilәrin effektiv istehsalda maddi marağının artırılması, әmәk mәhsuldarlığının artımı ilә әmәkhaqqı arasında nisbәtin saxlanılması aiddir. Müәssisәlәrdә Ə.n. hәr bir iş yerindә texnika vә texnologiyanın tәkmillәşdirilmәsi yolu ilә әmәk mәhsuldarlığının artması rezervlәrinin aşkarlanması; istehsal prosesinin ayrı-ayrı hissәlәrinә texniki normaların tәyin edilmәsi; istehsaltexniki şәrtlәrdә dәyişikliklәr baş verdikdә bu normaların vaxtında vә sistematik yoxlanılması; işçilәrin ixtisasının artırılması; normaların obyektivliyinin, onların texniki, iqtisadi әsaslandırılmasının artırılması üçün Ə.n. metodlarının tәkmillәşdirilmәsi zәruridir.
Ə.n. prosesindә faydasızәmәk üsulları aşkar edilib kәnarlaşdırılır, әmәk sәrfinin texniki cәhәtdәn әsaslandırılmış normaları işlәnib-hazırlanır vә tәtbiq edilir. Bu, sәmәrәliliyin vә istehsal vasitәlәrindәn istifadәnin effektivliyinin artırılmasına gәtirib çıxarır.