ƏMGƏK – yenidoğulmuş uşaqlarda kәllә sümüklәrini birlәşdirәn skelet pәrdәsi qalığı; onun sayәsindә dölün başı doğum yollarından keçәrkәn sıxılır. Ön vә ya böyük Ə. (alın vә tәpә sümüklәrinin birlәşmә yeri) ikinci ilin әrzindә, dal vә ya kiçik Ə. (әnsә sümüyü ilә tәpә sümüyünün bitişmә yerindә), hәmçinin yan Ə.-lәr (әsas vә mәmәyәbәnzәr) doğuma yaxın, yaxud doğumdan dәrhal sonra bitişir. Raxit vә bәzi digәr xәstәliklәr zamanı Ə.-in bitişmәsi gecikir.