ƏMİN Hafizulla (1.8.1929, Kabil yaxınlığındakı Paqman – 27.12.1979, Kabil) – Əfqanıstan dövlәt xadimi. Aprel inqilabının (1978) tәşkilatçılarından biri. 1979 ilin martından Əfqanıstan hökumәtinin “birinci nazir”i. 1979 ilin sentyabrında dövlәt çevrilişi edәrәk, dövlәt başçısı N.M.Tәrәkini hakimiyyәtdәn uzaqlaşdıraraq öldürmüş, dövlәt aparatındakı yüksәk vәzifәlәri әlә keçirmişdir. Sürәtli “sosializm” qurmaq kursunu elan etmiş Ə. Əfqanıstan Xalq Demokratik Partiyası sıralarında opponentlәrinә vә bütün fәrqli düşünәnlәrә qarşı repressiyalar hәyata keçirmәklә inqilabi rejimin mövcudluğunu tәhlükә altına qoymuşdur. SSRİ xüsusi tәyinatlı dәstәsinin iqamәtgahına hücumu zamanı öldürülmüşdür.