ƏMİNOV Naib Xalıq oğlu (d.20.2.1938, Salyan ş.) – Azәrb. genetiki, biologiya üzrә e.d. (2007), prof. (2010). Azәrb. Dövlәt Un-tini bitirmişdir (1961). 1967 ildәn Azәrb. SSR EA Genetika vә Seleksiya İn-tunda fәaliyyәtә başlamış, böyük elmi işçi vә qrup rәhbәri, elmi işlәr üzrә direktor müavini (2000–03), eyni zamanda laboratoriya müdiri olmuşdur. 2003 ildәn AMEA-nın Genetik Ehtiyatlar İn-tunda elmi işlәr üzrә direktor müavini vә laboratoriya müdiri, 2013 ildәn şöbә müdiri vәzifәsindә çalışır. Tәdqiqatları buğdanın mәdәni vә yabanı növlәrinin, onların әcdadı sayılan egilops cinsi növlәri ilә qarşılıqlı genetik münasibәtlәrin öyrәnilmәsinә, buğda vә egilops növlәrinin yayılma areallarının tәyin olunmasına, onların toplanması, növ vә cinsarası hibrid populyasiyalarından mәqsәdyönlü sitogenetik vә fenotipik seçmә yolu ilә yüksәk mәhsuldar buğda növü xәtlәrinin yaradılması nәticәsindә mövcud buğdalardan yüksәk formaәmәlәgәtirmә potensialı vә genom tәrkibi ilә fәrqlәnәn amfidiploidlәr yaradılmasına aiddir. Formaәmәlәgәlmә mәnbәyi kimi istifadә olunan yeni genom strukturuna malik sintetik buğda amfidiploidlәrinin yaradılmasında iştirak etmişdir. Yeni şaxәlilik әlamәtinә malik sintetik tetraploid buğda növünün (Triticum abscheronicum, Aliyeva et Aminov), biri bәrk (Saray), digәri isә yumşaq (Abşeron) olmaqla iki buğda sortunun müәllifidir. İran mәnşәli Aegilops speltoides Tausch buğdasının tetra vә habelә heksaploid buğdalarının B genomunun donoru vә habelә Ph-geninin zәif supressoru olduğunu eksperimental yolla sübuta yetirmişdir. Genom strukturlarının eyniliyinә baxmayaraq, meyozu tәnzimlәyәn genlәr sisteminin hәr bir növ üçün avtonomluğu müәyyәn edilmişdir. 90-dan çox elmi әsәrin, 2 kitabın vә 1 monoqrafiyanın müәllifidir. Kadrların hazırlanmasında xidmәti var.
Ə s ә r i: Buğda genomlarının tәkamülü. B., 2006.