Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMİR ƏL-MÖMİNİN

    ƏMİR ƏL-MÖMİNİN  (әr.  möminlәrin başçısı) – müsәlman Şәrqindә xәlifәlәrin vә başqa hökmdarların daşıdığı titul. İlk dәfә xәlifә Ömәr ibn Xәttaba verilmiş, sonra bütün Raşidi, Əmәvi vә Abbasi xәlifәlәrinә şamil olunmuşdur. Qәrmәtilәr, Fatimilәr, Müvәhhidlәr, Hәfsilәr dövlәtlәrindә vә Kordova xilafәtindә dә Ə.әl-M. titulu istifadә edilirdi. Bağdadın süqutundan sonra (1258) Şәrqdә kiçik hökmdarlar da Ə.әl-M. titulu daşımağa başladılar. Mәğribdә bu titul daha çox yayılmış, Rüstәmilәr, Əğlәbilәr, Zirilәr vә Əndәlüs müluk әt-tәvaiflәrindә işlәk olmuşdur. Abbasilәrin tabeliyinә keçәn xanәdanlar (mәs., Mürabitlәr) özlәrinә “әmir әl-müslimin” titulunu götürmüşdülәr. Ə.әl-M. titulu Osmanlı sultanlarına da verilmiş vә bu әnәnә sәltәnәtin xilafәtdәn ayrılaraq lәğvinә qәdәr davam etmişdir. Şiәlikdә xüsusi önәm daşıyan Ə.әl-M. titulu mәnәvi hakimiyyәti ifadә edir vә Mәhәmmәd peyğәmbәr ilk dәfә Əli ibn Əbu Talibi “Ə.әl-M.” adlandırdığına görә bu ad yalnız ona şamil olunur. Hәtta digәr imamlara aid edilmәyәn bu titul zamanla Əlinin lәqәblәrindәn birinә çevrilmişdir.  Hazırda  şiәlәr  arasında  Əlinin ikinci adı kimi işlәdilir.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç