ƏMİR ƏL-ÜMƏRA (әr. әmirlәr әmiri) – orta әsrlәrdә müsәlman ölkәlәrindә, o cümlәdәn Azәrb.-da (Sәlcuqilәr, Eldәnizlәr, Elxanilәr, Qaraqoyunlular, Ağqoyunlular vә Sәfәvilәr dövründә) mövcud olmuş әn yüksәk hәrbi vәzifә, baş sәrkәrdә. Sonralar hәmçinin hökmdara xüsusi qulluq göstәrәnlәrә, yaxud onun tәrәfinә keçәn әmirlәrә hökmdarın verdiyi yüksәk hәrbi rütbә. Ə. hökmdar tәrәfindәn tәyin olunur vә bir növ onun müavini sayılırdı. Hökmdar olmadıqda, Ə. onu әvәz edә bilәrdi.