ƏMİR HƏMZƏ (Amir Hamzah) (28.2.1911, Şimali Sumatra, Lankat sultanlığı, Bincey – 19.3.1946, Kuala Bingey) – İndoneziya şairi vә İndoneziyanın milli qәhrәmanı. Kübar malay ailәsindә doğulmuşdur. İlk tәhsilini Sumatra vә Yavada almış, Bataviyada (indiki Cakarta) hüquq mәktәbindә oxumuşdur. 1945 ildә İndoneziya müstәqillik elan etdikdәn sonra hökumәtin Lankat üzrә nümayәndәsi olmuşdur. Yaradıcılığa yeniyetmәlik dövründәn başlamış, Malay mәdәniyyәti, islam vә xristian dinlәrinin, hәmçinin Şәrq әdәbiyyatının tәsiri altında mәhәbbәt vә dini mövzularda әsәrlәr yazmışdır. Pessimist әhvali-ruhiyyәli “Hәzin nәğmәlәr” (1937), “Hәsrәtin bәhrәsi” (1941) toplularına daxil edilmiş şeirlәrindә sufizmin tәsiri hiss olunur. Malayyanın milli qәhrәmanı Hank Tuaha ithaf olunmuş poemasında azadlıq ideyaları tәrәnnüm edilir. Ə.H. qәdim hind poeması “Bxaqavadqita”nı, Ö.Xәyyam, Kәbir vә b.-nın şeirlәrini İndoneziya dilinә tәrcümә etmişdir. İndoneziyada milli azadlıq hәrәkatının öncüllәrindәn olan Ə.H. Şәrqi Sumatradakı üsyan zamanı öldürülmüşdür.
Əsәri: Стихи, в сб.: Цветы далёких берегов. М., 1966.
Əd.: Болдырева М. А. Творчество индонезийских поэтов ХХ в. Амира Хамзаха и Хейрила Анвара. М.,1976.