Azərbaycan Milli Ensiklopediyası
VIII CİLD (ENOLLAR - FEDDİN Konstantin Aleksandroviç)
    ƏMİR XOSROV DƏHLƏVİ

    ƏMİR XOSROV  DƏHLƏVİ,  Əbülhәsәn Əmir bin Əmir Seyfәd din Mahmud Şәmsi (1253, Potiali, indiki Uttar-Pradeş ştatı –1325, Dehli) – hind şairi, alim, musiqiçi. Fars, hind vә urdu dillәrindә yazmışdır. Əsil-nәsәbcә Orta Asiyanın türkdilli xalqlarından çıxmış atası Əmir Mahmud Şәmsi Laçin monqol istilası zamanı Hindistana köçmüşdü. Ə.X.D. gәnc yaşlarından Şeyx Nizamәddin Övliyanın “Çeştiyә” dini-sufi tәriqәtinә yaxın olmuşdur. Nizami әdәbi mәktәbinin ilk görkәmli davamçılarından olan Ə.X.D.-nin yaradıcılığı hind–Azәrb. әdәbi әlaqәlәri tarixindә mühüm yer Şair Xaqani vә Nizamini özünün “ustadı”, “müәllimi” saymış, Xaqaninin bir neçә qәsidәsinә, Nizaminin isә “Xәmsә”sinә nәzirә yazmış, Mücirәddin Beylәqaninin adını hörmәtlә yad etmişdir. Ədәbi irsi zәngindir. Lirik şeirlәri “Töhfәt üs-siqәr” (“Uşaqlıq töhfәsi”), “Vәsәt ül-hәyat” (“Hәyatın ortası”), “Qürrәt ül-kәmal” (“Kamalın başlanğıcı”), “Bәqiyyәt ül-naqiyyә” (“Tәmiz qalıq”), “Nihayәt ül-kәmal” (“Kamalın sonu”) adlı beş mükәmmәl divanda toplanmışdır.  Ə.X.D.-nin  epik  әsәrlәri içәrisindә Nizami “Xәmsә”sinә nәzirә olaraq yazdığı poemalar [“Mәtlәülәnvar” (“Nurların mәnbәyi”), “Şirin vә Xosrov”, “Mәcnun vә Leyli”, “Ayineyi-İsgәndәri” (“İsgәndәrin aynası”), “Hәşt behişt” (“Sәkkiz behişt”)] xüsusi yer Nizaminin “Xәmsә”sinә ilk bütöv “cavab” olan Ə.X.D. “Xәmsә”si 20000 beytә yaxındır. O, Nizami mövzularını özünәmәxsus şәkildә işlәmiş, onlara yeni süjetlәr vә qәhrәmanlar gәtirmişdir. Ə.Cami Ə.X.D.-nin “Xәmsә”sini yüksәk qiymәtlәndirәrәk, Nizami “Xәmsә”sinә heç kәsin ondan gözәl cavab yazmadığını göstәrmişdir. Orijinal epik әsәrlәri [“Qran üs-Sәdeyn” (“İki xoşbәxt Ulduzun birlәşmәsi”), “Miftah ül-fütuh” (“Fәthlәrin açarı”), “Duvalrani vә Xızrxan”, “Noh sepehr” (“Doqquz sәma”) vә s.] yaşadığı dövrün hadisәlәrindәn bәhs edir. Tarix, fәlsәfә, әdәbiyyat vә musiqi nәzәriyyәsinә dair әsәrlәri var. Nәsr әsәrlәri dә yazmışdır [“Xәzain ül-fütuh” (“Fәthlәrin xәzinәsi”), “Ecazi-Xosrovi” (“Şahanә söz sәnәti”), “Əfzәl ül-fәvaid” (“Faydaların ümdәsi”) vә s.]. “Xәmsә”sinin, bir divanının üç әlyazma nüsxәsi AMEA M.Füzuli ad. Əlyazmalar İn-tunda saxlanılır.

    Ə.X.Dәhlәvinin "Şirin vә Xosrov" poemasına çәkilmiş miniatür. 1609.
    Uolters Sәnәt Muzeyi (ABŞ).

    Əsәrlәri: Şirin vә Xosrov (tәrc. edәni Sarovlu). B., 1973; Матла аль-Анвар. М., 1975; Меджнун и Лейли. М., 1975; Oğluma nәsihәt. Seçilmiş lirik şeirlәr. B., 1976; Избр. Газели. М., 1976 (пер. с перс. Д.Седых, подстрочный перевод и предисловие Г.Ю. Алиева).

    Əd.: Mәhәrrәmov Əmir Xosrov Dәhlәvinin “Mәcnun vә Leyli” poeması. B., 1970; Алиев Г.Ю. Персоязычная литература Индии. М., 1968; yenә onun, Темы и сюжеты Низами в литературах народов Востока. М., 1985.

Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (Azərbaycan dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2007
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, I CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2009
ISBN: 978-9952-441-02-4
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, II CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2010
ISBN: 978-9952-441-05-5
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, III CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2011
ISBN: 978-9952-441-07-9
Səhifələrin sayı: 604
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, “Azərbaycan” xüsusi cildi (rus dilində)
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2012
ISBN: 978-9952-441-01-7
Səhifələrin sayı: 881
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, IV CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2013
ISBN: 978-9952-441-03-1
Səhifələrin sayı: 608
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, V CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili: 2014
ISBN: 978-9952-441-10-9
Səhifələrin sayı: 592
Sərlövhə: Azərbaycan Milli Ensiklopediyası, VI CİLD
Nəşriyyat: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi
Nəşr yeri: Bakı
Nəşr ili 2015
ISBN: 978-9952-441-11-6
Səhifələrin sayı: 608
ENOLLAR – FEDDİN Konstantin Aleksandroviç