ƏMİR QİYASƏDDİN , Əbül-Yәqin Əmir Qiyasәddin Mәhәmmәd ibn Hüseyn (1388–96 illәr arasında, İran, Əstәrabad, indiki Gürgan – 1449 ildәn sonra) – görkәmli hürufi mübәlliği. Ə.Q. hürufiliyi tәbliğ mәqsәdilә bir çox şәhәrdә olmuş, Bitlisdә Fәzlullah Nәiminin nәvәsi Əmir Nurullahla görüşmüşdür. 1427 ildә Şahrux Mirzәyә qarşı sui-qәsddә şübhәli şәxs kimi Əmir Nurullahla birlikdә hәbs edilmiş, hәbsdәn qaçaraq әvvәlcә Şiraza, sonra isә Bağdada getmişdir. Fars dilindә yazdığı “İstivanamә” әsәri hürufiliyin әsas mәnbәlәrindәndir. Əsәr Nәiminin hәyatı, fәaliyyәti, edamı, elәcә dә yaxın adamları vә xәlifәlәri barәdә mühüm mәlumatları ehtiva edir. Şeyx Mәhәmmәdin “Sәyahәtnamә”sindә adı çәkilәn “Turabnamә” әsәri dövrümüzә gәlib çatmamışdır.